Hulusi Akardan Ermənistana “SAKIN ÇAŞMA!” MESAJI

Türkiyə və Azərbaycan silahlı qüvvələrinin rəhbərliyi Konyadakı 3-cü aviabazada keçirilən “TurAz Şahini-2021” hərbi hava təlimlərini izləyiblər. virtualaz.org Türkiyə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiə naziri Hulusi Akar və onun azərbaycanlı həmkarı Zakir Həsənov, habelə Baş qərargah rəisləri Kərim Vəliyev və Yaşar Gülər, iki ölkənin hərbi hava qüvvələrinin komandanları Hasan Küçükakyüz və Ramiz Tahirovu qırıcı aviasiya qüvvələrinin komandanı, ordu generalı Atilla Gülan, aviabazanın komandiri, general Önder Şensöz və digər rəsmilər qarşılayıblar.

Türkiyənin milli müdafiə naziri deyib ki, Azərbaycanla birlikdə keçirilən bu uğurlu təlimlər düşmənləri qorxuya salır, dost və qardaşları həyacanlandırır.

“Azərbaycana qarşı edilən təhdidləri bizə qarşı edilmiş təhdidlər kimi qəbul edirik”,-nazir bildirib.

Hulusi Akar deyib ki, Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını “Tək Vətən Hərəkatı” ilə 44 gün ərzində, qısa müddətdə azad etdi. Bu münasibətlə nazir Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edib.  Bildirib ki, iki ölkə prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən iyunun 15-də imzalanan “Şuşa bəyannaməsi” Türkiyə və Azərbaycan arasında bundan sonra izlənəcək yol xəritəsini müəyyən edir.

“Hörmətli prezidentimizlə hörmətli Əliyevin Ermənistana uzatdıqları barışıq əlinin, sülhə, sabitliyə yönəlmiş təklifə qarşılıq verilməsi önəmlidir. Amma təəssüf ki, bu günə qədər konkret cavab alınmayıb, hərçənd bəzi əlamətlər var. Bizim təmənnamız Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir yanlışlığa yol verməməsi və bölgədə atəşkəsin davamlı hala gəlməsi, sabitliyin təmin olunmasıdır”,-Hulusi Akar bildirib.

Azərbaycan müdafiə naziri Zakir Həsənov isə “TurAz Şahini-2021” təlimlərinin əhəmiyyətindən danışıb, son dövrlər Türkiyə ilə birlikdə keçirilən təlimlər sayəsində Azərbaycan ordusunun böyük təcrübə qazandığını deyib. İki ölkə orduları arasında birgə təlimlərin bundan sonra da davam edəcəyini bildirib.

Zakir Həsənov deyib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün başlatdığı hərəkatda daim Türkiyənin dəstəyini hiss edib.

“Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyini çox böyük qiymətləndirir. Türkiyənin dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm”,-müdafiə naziri bildirib.

virtualaz.org