“Kanal32” Media Şəbəkəsi 2018-ci il iyul ayının 22-də təsis olunub.Geniş əhatəli bir layihə olan bu Media şəbəkəsinin əsas məqəsdi ölkəmizdə və dünyada baş verən müxtəlif səpkili informasiyaları operativ və obyektiv şəkildə oxuculara çatdırmaqdır. Başlıca məqsədlərimizdən biri də regionun lider dövləti kimi Azərbaycanın ideoloji, siyasi, mədəni və iqtisadi imkanlarını, Qarabağ, Qərbi Azərbaycan və Güney Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, bizə yönəlik olan “informasiya savaşı”nda aktiv iştirak etməkdir. Həmçinin, bu media layihəsinin hədəflərindən biri də yaxın zaman kəsiyində onlayın TV yayımında ideoloji yükü olan ictimai-siyasi, tarixi-elmi, sosial və hüquqi mövzulu maarifləndirici verilişlər hazırlamaq, o cümlədən rus, ərəb və ingilis dillərində xəbərləri yaymaqdan ibarətdir.
     “Kanal32” Media Şəbəkəsi bir mətbuat orqanı olaraq ölkəmizdə və Türk dünyasında qüvvədə olan hüquqi prinsiplər əsasında fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla, media subyektləri ilə, o cümlədən ictimai birliklərlə (QHT-lərlə) əməkdaşlıq etməyə hazırdır və onları qarşılıqlı əməkdaşlığa dəvət edir.
     “Kanal32” Media Şəbəkəsi araşdırma, təhlil və analitik tipli yazıları da oxuculara təqdim etməyi qarşısına məqsəd qoyub. Bu layihə həm də hər bir Azərbayacan vətəndaşının öz haqq səsini duyurmaq üçün açıq kürsü funksiyasını yerinə yetirəcək. Hazırda “Kanal32”nin  Facebook, TikTok və YouTube  sosial şəbəkələrində(platformalarında) hesabları mövcuddur.
“Kanal32″ Media Şəbəkəsinin təsisçisi Beynəlxaq Jurnalistlər Federasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ”Həsən bəy Zərdabi” mükafatı laueratı, teleaparıcı İnqilab Şirinlidir.

REDAKSİYA HEYƏTİ:

Bünyad Şirinl-Xüsusi üzrə müxbir
Esmira Hidayətova-Xüsusi müxbir
Əfqan Şirinov– Hüquq məsələləri üzrə müxbir

İxtiyar Həsənli-Xüsusi müxbir
Elman Nəbiyev-Reportyor-operator
Əli Quliyev-Qərb bölgəsi üzrə müxbir
Fərid Hacıyev-Texniki işlər üzrə mütəxəssis