Baş redaktor Namiq MƏMMƏDLİ-Naxçıvan şəhəri
30 il az bir vaxt deyil jurnalistikada. İşə başlayanda ali təhsilli filoloq, dil-ədəbiyyat müəllimi, tənqidçi idim. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdim. Uzun illər reportajlar hazırladım,mədəniyyət sahəsi üzrə müsahibələr götürdüm “Ekspress” qəzeti üçün. Azərbaycan jurnalistikası üçün bu saysız-hesabsız yazılarımla töhfələr verdim.Bir günüm belə hədər getmirdi, peşəmi çox sevirdim.Peşəkar jurnalist olmaq istəyirdim.Heç vaxt ev, maşın fəxri ad barədə düşünmürdüm, heç ağlıma da gəlməzdi bu. İşlədiyim müddət ərzində maaşımı kəsdilər,fəxri addan, evdən məhrum oldum. Heç vaxt jurnalist adına xələl gətirmədim, haqqın, ədalətin tərəfində oldum. Təmiz ad qazandım. Şükürlər olsun ki, indi hər kəsin yanında alnı açığam, gözü kölgəli deyiləm.Hələ uzun illər, 20 ilə yaxın bir vaxtda haqqımda polis rəisləri, prokurorlar,nazirlər və s. nüfuzlu şəxslər xoş sözlər yazıblar və söyləyiblər. Bu onu göstərir ki, mən jurnalistika sahəsində sözümü demişəm və özümü çox-çox əvvəl təsdiq etmişəm. Bununla fəxr edirəm, qürur duyuram.Artıq avqustun 5-də 55 yaşım tamam oldu. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə doğum günüm qeyd olundu, jurnalist fəaliyyətimə qiymət verildi… Son iki ildə-44 günlük müharibə ilə bağlı yazılar yazdım, çəkilişlər etdim, şəhid ailələrinin, qazilərin yanında oldum… Təmənnasız xidmətimi görənlər, qiymət verənlər sağ olsun. Uzun müddət təbliğatını apardığım cənab Prezident İlham Əliyev də əminəm ki, jurnalist fəaliyyətimə qiymət verəcək. Ömür qısa olduğu üçün bu yazını yazıram. Vaxtında, sağlam vaxtı insanlara, jurnalistlərimizə qiymət, dəyər verək.Jurnalistika sahəsində bu illər ərzində çox şeylər öyrəndim, təcrübə topladım. Köhnə, bilik və təcürbəsi olan jurnalist kimi yəqin ki, kiminsə yadına düşəcəm…
Sonda haqqımda xoş söz yazan nazirlərədn birinin yazısını arxivimdən götürb diqqətə çatdırıram:
“Bu gün sizin peşə bayramınızdır.İlk növbədə bu münasibətlə, sizi təbrik edirəm.Biz dəfələrlə müxtəlif tədbirlərdə görüşmüşük. Hər dəfə mən fəxr etmişəm ki, xalqımın bu günündə sizin kimi səriştəli, səmimi, hövsələli, savadlı jurnalist oğlu var.
Hesab edirəm ki, hazırda millətimizin sizin kimi jurnalistlərə daha çox ehtiyacı var”.
Misir Mərdanov
22.07.04.saat 18-00
Həmişə olduğu kimi başımı aşağı salıb yazılarımı yazıram, tədbirlərdə oluram.İşini, xalqını, vətənini, dövlətini sevən insanları qoy Allah özü mükafatlandırsın.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az