Günay Ağamalı Azərbaycan polisinin hərkəti ilə bağlı açıqlama yaydı-FOTO

Xəbər verdiyimiz kimi Gorus-Qafan yolunda Azərbaycan polisinin qurduğu postdan keçən erməni sürücü yoxlama üçün saxlanılıb və polis avtomobilin üzərində qondarma Qarabağ rejiminin bayrağını görüb. Azərbaycan polisi həmin bayrağın şəklini maşının üzərindən bıçaqla qaşıyaraq silib. Ondan sonra erməni sürücüyə xəbərdarlıq edərək sərbəst buraxıb.

Məlum hadisə ilə bağlı Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı açıqlama yayıb.

Kanal32.az həmin açqılamanı təqdim edir:

Dəyərli polis qardaşlarımız hər zaman olduğu kimi çox böyük şərəflə xidmət etməkdədirlər!

Qondarma, saxta separatçı qurumun bayrağını onlara məxsus avtomobildə xəncərlə silinməsi Ermənistana və dünya erməniliyinə ciddi bir mesajdır. Bu mesaj bir daha onu ifadə edir ki, Azərbaycanın xəncərdən iti polad iradəsi və DƏMİR YUMURUĞU öz yerindədir. Vandal düşmən bundan nəticə çıxarmalıdır!

Günay Ağamalı,

Ana Vətən Partiyası sədrinin Humanutar və Kommunikasiya məsələləri üzrə müşaviri