Görün,6-cı sinif şagirdi Heydər Əliyev haqqında nələr yazdı-FOTO

Heydər Əliyev “Tək başına bir dövlətdir!”

Heydər Əliyev xalqımızın yaxın siyasi tarixində mühüm yer tutmuş dəyərli şəxsiyyətdir. Həyatda elə gerçəkliklər , elə qanuna uyğunluqlar var ki, illər, əsrlər keçsə də onlar dəyişmir , dəyişdirilmir, dəyişdirilə bilmir. Yer üzünün əşrəfi olan insan və onların arasından seçilmiş olanlar, tarixin süzgəcindən öz elmi, qabiliyyəti, cəsarəti, şücaəti, ədaləti və başqa bir çox insani keyfiyyətləri ile keçmiş olanlar həmişə tarixin seyrini dəyişdirmişdirlər. Adətən bu dəyişikliklər böyük etirazlarla qarşılanmış dəyəri, qiyməti hətta qarşı çıxanlara belə faydası zamanında anlaşılmamış. Ancaq o tarixi dəyişdirən şəxsiyyətlərin böyüklüyündəndir ki, bu etirazlara əhəmiyyət verməmişlər. Davalarına, fikirlərinə olan inam sağlam əqidələrinə olan sədaqət, əzm və fədakarlıq haqlı davalarında onları qalib çıxarmış. Elm, sənət və mədəniyyət beşiyi olan yurdumuz və bu torpağın insanları tarixən böyük şəxsiyyətlər yetişdirib, bəşər tarixinə tövhələr vermişlər. Bu fəaliyyət, bu keyfiyyət günümüzdə də davam etməkdədir. Zamanında anlaşılmamaq dahilərin böyüklüyündəndir.

Ötən əsr xalqımızın tarixində böyük hadisələrlə yadda qalmış, xalqımız şərqdə ilk demokratik dövlət qurub və bir çox ilkə imza atmışdır. Təəssüflər olsunki, bu sevinc , bu naliyyət uzun sürməmiş, bəlkə sürdürülə bilməmişdir. Dövrün geosiyasi şərtləri müsəlman dünyasının leyhinə cərəyan etmədiyindən bir xalqın səadəti elə beşiyindəcə boğuldu.

Ancaq ikinci dəfə xalqımız azadlığına qovuşandan qısa müddət sonra artıq hakimiyyətdə Heydər Əliyev vardı. O, bu dövlətin var olması üçün and içmiş, onun bir qələmə, bir kağıza sığmayan fəaliyyəti, ömrü, zəkası hər dövr öyrənilməyə möhtacdır. Heydər Əliyev ömrü boyunca özünəməxsus, təkrarolunmaz idarə etmə üslubuyla tarixə öz imzasını atmışdır. Onun yerişi, duruşu, baxışı ,hətta susması bir əzəmət, bir hakimiyyət, sanki Tək başına bir dövlətdir !!

Əbdürrəhim Davud

Mingəçevir şəhər 7 №-li tam orta məktəbin 6c sinif şagirdi