“Gənclərin I-ci Peşə Təhsili Forumu” adlı layihəyə start verildi

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclərin Həmrəyliyi” İctimai Birliyi 01 sentyabr 2022-ci il tarixdən “Gənclərin I-ci Peşə Təhsili Forumu” adlı layihəyə start verilib.

Forumun keçiriləcəyi bölgə bu il Gənclər paytaxtı elan edilmiş Tovuz rayonunda 4 bölgədən 80 gəncin iştirakı ilə baş tutacaqdır. Layihənin məqsədi əmək bazarında yeni tələblərə uyğun olaraq peşə təhsilinə marağın artırılması və gəncləri peşə təhsilinə təşviq etməkdir.