Mingəçevir Dövlət Dram Teatrında Elçin Məhərrəmlinin “Yaddaş, Təqvim və Kukla ” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Maraqlı rejissor yorumu, cəlbedici aktyor oyunu və canlı musiqi ilə seçilən tamaşa auditoriya tərəfindən rəğbətlə qarşılanıb.
Yaradıcı heyət : Quruluşçu rejissor – Vüsal Mehrəliyev Quruluşçu rəssam – Pakizə Adilbəyli Musiqi – Elnur Rəsulov Rejissor assistenti – İlahə Qasımova Rollar : Cənab E- Afiq Yusifov Adagio – Hüseyn Mustafayev Andante – Vüsalə Quliyeva Vivaçe – Aydın Quliyev Ofisiant – Ceyhun Yusif Tibb bacısı – Nargilə Abdullayeva, Vəfa İsmayılova Dəli – Afət Əliyeva Atropos ( taleh ilahəsi ) – Afət Əliyeva Camaat – Amil Fərzəliyev,Cavidan Abdullayev, Rövşən Zeynalov Şəmil Əliyev, Mirzəzadə Əli, Paşa Salmanov , Elvin Əkbərli, Vəfa İsmayılova.
Sözügedən səhnə əsəri həyatı boyu ətrafdakı insanlara pislik etmiş, bank müdirinin YADDAŞ xəstəliyinə düçar olmasından sonra, itmiş övladını axtarmaq üçün hərəkətə keçən bəhs edən ekzissential dramdır.
Kanal32.az