“Gənc İstedadlar” yarışmasının final mərhələsi keçirilib-FOTOLAR

07 iyul 2026-cı il tarixdə Mingəçevir Gənclər Evində keçirilən “Gənc İstedadlar” yarışmasının final mərhələsi böyük coşqu ilə baş tutub.

Layihə çərçivəsində müxtəlif nominasiyalar üzrə keçirilən yarışlarda iştirak edən gənclər öz istedadlarını nümayiş etdirərək tamaşaçıların və qonaqların marağına səbəb olublar.

Kanal32.az-a verilən məlumata görə, tədbirin açılışında layihənin rəhbəri, dərnək rəhbəri Ləman Bəylərova çıxış edərək gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu cür layihələrin gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına mühüm töhfə verdiyini qeyd edib.

Final mərhələsində Mingəçevir İcra Hakimiyyətinin məsul əməkdaşı Elşən Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli, Gənclər Evinin direktoru Eşqin Məmmədov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, telejurnalist, politoloq İnqilab Şirinli, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, dərnək rəhbəri Elşən İsmayılov və ictimaiyyət nümayəndələri iştirak edərək gəncləri təbrik ediblər.

Daha sonra yarış iştirakçıları qonaqlar tərəfindən sertifikatlarla təltif olunub.

Tədbirin bədii hissəsi musiqili və əyləncəli proqramla davam etdi. İştirakçılar və qonaqlar xoş anlar yaşadılar, layihənin uğurla başa çatmasını birlikdə qeyd ediblər.

Sonda xatirə şəkilləri çəkdirildi və gənclərə gələcək fəaliyyətlərində yeni uğurlar arzulanaraq tədbir yekunlaşıb.