Türkiyə Respublikasının Gəncə şəhərindəki yeni Baş konsulu Recep Öztop Mingəçevirə səfər edib.
Kanal32.az-ın məlumatına görə,Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Recep Öztopla görüşüb. Ötən ildən diplomatik fəaliyyətə başlayan Baş konsula uğurlar arzulayıb.
Qəbul zamanı diplomata Mingəçevirin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verilib. İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edərək dövlətimizin bütün sahələrdə qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini bildirərək bu münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
İcra başçısı Baş konsula şəhərdə həyata keçirilən yenidənqurma və abadlıq işlərindən, son illər həyata keçirilən infrasruktur layihələrdən söz açıb. Həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verilib, perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.
Görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Sonra Türkiyəli diplomat Mingəçevir Dövlət Universitetində (MDU) olub.
Günün ikinci yarsında qonaq şəhərin sənaye müəssisələrini,Şəhidlər Xiyabanını və digər yerləri ziyarət edib.
Esmira Hidayətova,
Mingəçevir