Cəmiyyətlərin taleyini həll edən təhsilin, mədəniyyətin ən mühüm xəzinəsi, inciləri, gələcəyin dizaynerləri, nəsillərin memarı, həyata dair xəyyalları olan övladlarımızın bələdçisi, ümid və ilham mənbəyidir müəllimlərimiz. Təhsil cəmiyyətin rifah səviyyəsini müəyyən edən əsas amildir. Təhsil həyatın bir çox problemlərini həll etməkdə, yeni şeylər öyrənməkdə və karyeramızı yüksəltməkdə bizə kömək edən həlledici amildir. Bu, bizim fərdi və ictimai inkişafımızın təməl daşıdır. Təhsil yaradıcı düşüncəni təşviq edir. Təhsil alan tələbələr geniş mövzular ətrafında düşünür və yeni ideyalar inkişaf etdirirlər. Təhsil şagirdləri problem həll etmə bacarıqları ilə təchiz edir və onlara yeni ideyalar inkişaf etdirməyə kömək edir. Təhsil həm də sosial inkişaf üçün çox vacibdir. Təhsilli insanlar cəmiyyətin daha yaxşı gələcəyi üçün çalışa bilərlər. Təhsil insanların bir-biri ilə daha yaxşı yola getməsinə, müxtəlif mədəniyyətləri anlamasına və sosial problemlərin öhdəsindən gəlməyə kömək edir. Şəxsi inkişafda təhsil də mühüm rol oynayır. Təhsilli insanların özünə inamı və özünə hörməti daha yüksək olur. Təhsil insanlara özlərini inkişaf etdirməyə və daha yaxşı həyat sürməyə kömək edir. Təhsil fərdin yaşadığı cəmiyyətdə vacib və dəyərli olan bacarıqlar, perspektivlər, münasibət və digər davranışları inkişaf etdirdiyi proseslərin məcmusudur. Təhsildə mədəniyyətlər arasında fərqlər olsa da, təhsilin əsas məqsədi fərdin öz cəmiyyətində faydalı bir insan olmasını təmin etməkdir. Təhsil, bir proses olaraq, fərdin davranışını arzu olunan istiqamətdə dəyişməyi hədəfləyir. Təhsil sosial institutdur ki, onun məqsədi, məzmunu, funksiyaları, prosesləri və müddəti fərdi və cəmiyyətin ehtiyac və gözləntiləri inkişaf etdikcə dəyişir. Təhsil vasitəsilə əldə edilən bilik, bacarıq və davranışlar, eləcə də onları əldə etmə üsulları cəmiyyətdən cəmiyyətə və dövrdən dövrə dəyişir. Bu gün texnoloji nailiyyətlər, elmi araşdırmalar və ümumi biliklərə yiyələnmək maraq, maraq və motivasiya tələb edir. Sürətlə inkişaf edən bu dəyişikliklərdə iştirak etmək və onları dəstəkləmək üçün xüsusilə uşaqlar düzgün təhsil prosesindən keçməlidirlər.
Müəllimlər insanı ən ideal şəkildə yetişdirmək və gələcəyi inşa edən fikir insanları olaraq çox müqəddəs bir vəzifəni yerinə yetirirlər . Gələcək nəsillərimiz adına ümid etdiyimiz real güc müəllimlərimizdir . Elmdə və bilikdə üstünlüyünü itirmiş bir xalqın özünü inkişaf etdirməsi və rifah səviyyəsini yüksəltməsi qeyri-mümkündür. Gənclərimizin hər cəhətdən tərbiyəsi, tarixini yaxşı öyrənməsi, mədəniyyət dəyərlərini mənimsəməsi, məsuliyyət daşıması və millətimizin gələcəyini təmin etməsi son dərəcə vacibdir. Bizlər qələmin qılıncdan üstün olduğu bir mədəniyyətin mənsublarıyıq. Müəllimsiz bir cəmiyyət , zehni, intellektual, mənəvi cəhətdən geridə qalacaq və dirilik əlamətlərini itirəcəkdir. Müəllimlər irfan bulaqlarımızdır. Biz elə bir inanc və ruh kökündən gəlirik ki, mənə bir hərf öyrədənin qırx il köləsi olurum sözü ilə böyüyürük və davamlı olaraq bənzər hikmətli sözlərlə müşərrəf olumuşuq . Beşikdən qəbirə qədər öyrənmənin tövsiyyə edildiyi dərin və geniş şüurlu bir mühitin varisləriyik. Müəllim yalnız sönməyən bir çıraq deyil, yalnız tələbələrinin azalmayan bir sevgi qaynağı deyildir. Eyni zamanda bir gələcək ümidi ,varlığın, şəxsiyyətin və birliyin çeşməsidir. Valideynlərdən sonra uşaqlara ən çox haqqı keçən insandır müəllim. Müəllim bağban kimidir. Ən gözəl çiçəkləri yetişdirir və böyüdür. Şikayət etmədən, yorğunluğun nə olduğunu bilmədən, usanmadan işıqlandırır və aydınladır.
Müəllimlər könüllərdə müstəsna bir yerə sahibdirlər. Bəşəriyyətin özünü inkişaf etdirmək üçün aşkar etdiyi ən təsirli vasitə təhsildir. Bir millətin müasir ölkələr səviyyəsinə çatdırılması təhsil və təlimin keyfiyyətli və elmi metodlarla aparılmasıyla mümkündür. Millətlərin taleyini müəyyən edən elementlərdən biri də təhsildir. Təhsil həyatımız boyu davam edir. Bizim ən böyük arzu və məqsədimiz gələcəyimizin təminatı olan övladlarımızı, mənəvi dəyərlər sisteminə böyük sevgiylə yanaşan , tarixinə sahib çıxan, ölkəsini və xalqını sevən yaxşı bir insan və yaxşı bir vətəndaş kimi yetişdirməkdir. Bizlər keçmişini çox yaxşı bilən, bu gün üçün çox yaxşı bir təmələ malik olan və gələcək üçün böyük xəyalları olan gənclər yetişdirməliyik. Böyük düşünməli və yaşamaq istədiyimiz mühitin şərtlərinin olmasında təsirli olmalı və gərəkən yetərli elmi məlumata sahib olmalıyıq.
Əbədiyyətə intiqal etmiş müəllimlərimə Allahdan rəhmət diləyirəm. Təqaüddə olanlara və təhsil sistemində çalışanlara cansağlığı, xoşbəxtlik arzulayıram. Gününüz mübarək Əziz müəllimlər!
Şəhidlər ölməz, Vətən bölünməz! Şəhidlərimiz bizim ilhamımız, istiqlalalımız , istiqbalımız , qürurumuz, kükrəyən idrakımız , gələcəyimizdir, müstəqilliyimizdir. Şəhidlərimiz hər zaman fəxrimizdir. Şəhidlərimiz bayraqdırlar, qəlbimizin zirvəsində dünya durduqca dalğalanacaqlar. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm .
Ulu öndər Heydər Əliyev təhsil haqqında:Təhsil millətin gələcəyidir.
Mən dünyada müəllimdən yüksək ad tanımıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev : Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair Sərəncamda xüsusi olaraq vurğulanır ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır.
Milli mübarizədə istiqlaldan isiqbala gedən yolda , yaxın və uzaq tariximizdə vətənimiz, millətimiz, istiqlalalımız, istiqbalımız, istiqrarımız və daim zəfər soraqlı,qələbə soraqlı bayrağımız ücün şəhid olmuş bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. Bütün qazilərimizə Allahdan şəfa diləyirik. Şəhidlərimizi Unutmamışıq, Unutmadıq, Unutmayacağıq, Unutdurmayacağıq. Unudmayaq ki, Şəhidlər vurulanda deyil, unudulanda ölürlər. Şəhidlər tariximiz və taleyimizin kilid daşlarıdır.
s.e.f.d., dos. Murtəza Həsənoğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
Siyasi İdarəetmə fakültəsinin dekanı