Gədəbəyin turizm potensialına kimlər zərbə vurur-VİDEO+FOTO

Gədəbəydə “Böyük Narzan”ın ərazisi zibilliyə çevirilib, aidiyyatı qurumlar isə məsələyə biganə yanaşır.

Dağlar diyarı Gədəbəy əsl istirahət mərkəzi, başdan-başa turizm oylağıdır. Bu saf, səfalı yerlərdə turizmin inkişafı üçün hər cür imkan və şərait vardır.Amma bu diyarın qədir-qiymətini bilməyən bəzi vəzifə sahibləri də var ki, vəzifəsindən sui-istifadə edərək turizm potensialına böyük zərbə vurur.Məişət və istehsalat tullantılarının düzgün idarə olunmaması həm ekologiyaya ziyan vurur, həm də sakinlərin haqlı narazılığına səbəb olur.Gəncəbasar əhalisinin istirahət etdiyi hər kəsin tanıdığı “Narzan” İstirahət Mərkəzinin ərazisini Slavyanka bələdiyyəsinin sədri zibil poliqonuna çevirib.

Bu haqda Dünyanınsəsi.Az saytına Şəmkir sakinləri videomaterial göndərib.

Videokadrlara nəzər saldıqda aydın olur ki, Slavyanka kəndinin bütün məişət tullantıları “Narzan-Bahçeli” istirahət mərkəzinə bitişik olan sahəyə boşaldılır.Nəticədə ərazi böyük zibil poliqonuna çevirilməkdə davam edir.Bu ərazidə qeyr-qanuni zibil poliqonun yardılması Slavyanka bələdiyyəsinin sədri Firuddin Məmmədovun məsuliyyətsizliyi ücbatından baş verir.Əgər bu belə olmasaydı ərazidəki məişət tullantıları vaxtında basdırılardı.Şikayətçilər deyirlər ki, ərazidə kəskin qoxu var və antisanitariya hökm sürür. Vəziyyət getdikcə dözülməz hal alır.


Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətini Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi aparır. Tullantılarla bağlı işlərin necə görüldüyünə ictimai birliklər və sakinlər də nəzarət edə bilər.

Məlumat üçün onu da qeyd edək ki, polisin tullantılara nəzarət etmək hüququ var və bu qanunla tənzimlənir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən Gədəbəy rayonu ərazisində bu günə kimi sənaye və məişət tullantılarının idarə olunması qaydalarının pozulmasına görə hansısa bir akt və protokol tərtib edilibmi?

Şəmkir sakinləri ümid edirlər ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev  sözügedən problemin çözülməsi üçün aidiyyatı qurumlara müvafiq göstəriş və tapşırıqlarını verəcəkdir.

Redaksiya olaraq qeyd edək ki, mövcud vəziyyətlə bağlı Gədəbəy rayon İcra Hakimiyyətinin mətbuatla “işləyən” “ adamı”na ulaşmaq cəhdimiz isə nəticəsiz qaldı. Buna baxmayaraq yazıda adıkeçən qurumların mövqeyini dərc etməyə hazırıq.

Sözgedən ərazidən çəkilmiş videonu təqdim edirik:

Kanal32.az