Faxralıda 200 ailəyə su çəkildi-Deputat açılış mərasimində-FOTOLAR

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Goranboy rayonu Faxralı kəndində 200 ailəyə su çəkilib, 400 ailəyə qurban ehsanı verilib, 700 ailəyə isə qurban payı verilib.

Kanal32.az-ın  məlumatına görə açılış mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyev, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Anar Məmmədov su çəkilişi və müqəddəs Qurban bayramı münasibətilə sakinləri təbrik edib, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

/kanal4.az/