Onunla müsahibəyə hazırlaşanda ilk öncə söhbətin hansı istiqamətdən başlanacağı mənim özüm üçün də çox maraqlı idi. Çünki gənc aktrisa olamasına baxmayaraq səhnədə olan ifa tərzi ilə hər zaman diqqətimi cəlb edə bilmişdi. İlk söhbətindəcə “Teatrda fəaliyyət göstərdiyim müddətdə fərqli janrlarda səhnə təcrübəsi qazanıram” fikri bir daha sənətin müxtəlif sahələrində inkişaf etməyə yönəlmiş yaradıcı prosesin həmahəng formada özünü ifadə etməsini göstərmiş oldu. Elə söhbətimizə də buradan başladıq.
Həmsöhbətim olaraq ilk öncə maraqlı bir yanaşma tərzi ilə sözə başladı: “Hazırda teatr mühitində həm aktrisa kimi formalaşır, həm də müxtəlif üslub və janrlarla tanış oluram. Dram, komediya, musiqili teatr, fiziki və ya eksperimental səhnə formaları kimi fərqli istiqamətlərdə çıxışlar etmək istəyim səhnədə davranış, obraz qurmaq, emosional ifadə, ritm, improvizasiya və tamaşaçı ilə ünsiyyət kimi vacib bacarıqları təkmilləşdirmək kimi vərdişlərə daha mükəmməl sahiblənmək arzusundayam. Bu proses bilirəm ki, mənə həm texniki, həm də yaradıcılıq baxımından daha geniş dünyagörüşü qazandıraraq, səhnədə daha çevik, çoxşaxəli və peşəkar olmağıma şərait yaradacaqdır”.

Həmsöhbətim Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərvişovadır.
- Niyə məhz aktrisa olmaq qərarına gəldiniz?
- Əslində bir qədər mənim üçündə gözlənilməz Yolum teatrla kəsişməzdən öncə mən musiqi ilə məşğul olurdum (hazırda musiqi təhsili alıram). Teatrda çalışan bir musiqiçi aktyor məni Vaqif obrazı ilə tanış edirdi. Məndə güclə bir maraq yarandı. Hiss etdim ki, mən teatra getməliyəm. Ora ilə yaxından tanış olmalıyam. Qəribə duyğular içində idim. Yeni nəsə kəşf etmiş kimi idim. Yerə göyə sığımırdım. Bu qərar sanki öz-özünə mənim həyatımda formalaşdı. Bu yola sevgiylə gəldim.
- Aktrisa olmaq arzu, istəkdir, yoxsa fitri istedad?
- Hər üçünün payı Fitri hiss insanı yola çıxarır, arzu onu qidalandırır,amma əsl nəticəni zəhmət verir. Mənə elə gəlir ki, istedad çox kəsdə ola bilər. Lakin istək duyğusu digərlərindən daha yüksək olmalıdır. Daim çalışmadan isə bu sənətdə formalaşmaq mümkün deyil. Çünki bu sənətdə yenilənmək əsəs şərtdir.
- Sənət meyarı dedikdə səhnəyə yanaşma tərziniz necədir?
- Hesab edirəm ki, hamı kimi mənim üçün də ən vacib olan səmimiyyətdir.Səhnədə ifasını etdiyin obrazın taleyinə hisslərinə yaxınlaşmalısan, ona inanmalısan. Ona inandığın an tamaşaçı da sənə inanacaq. Ən çətini isə tamaşaçını inandırmaqdır. Çünki tamaşaçını aldatmaq olmur. Müasir tamaşaçını isə əsla. Tamaşaçıya yalan danışmamaq lazımdır.
- Hansı rejissorlarla işləmək rahatdır?
- Düşünürəm ki, rejissor tamaşasını həvalə etdiyi aktyoruna və ya aktrisasına güvənməlidir, onun daxili axtarışlarına, imkanlarına şərait yaratmaqla, onu “əgər ki, prinsipi” ilə başlı-başına buraxmalıdır. Aktyor və ya aktrisa öz daxili mexanizmini işə salmalıdır. Yaradıcılıq səmimiyyətlə, güvənlə inkişaf edir və rövləqlənir. Bu kimi rejissorlarla işləmək daha böyük yaradıcılıq axtarışlarında zövq vermiş olur.
- Səhnəyə bağlılıq haradan yarandı?
- Səhnə mənim üçün azadlıq, güc deməkdir. İlk səhnəmdə bunu dərk etməsəm də zamanla bu hissin heç nə ilə əvəz olunmayacağını öyrəndim. Teatr, səhnə, məni hər məşqdə hər tamaşada özünə kilitlədi.
- Daha çox sevdiyiniz obraz varmı?
- Aktyorun səhnə həyatında hər obrazın özünəməxsus yeri var. Bəzilərinielə olur ki, heç xatırlamırsan da. Bəziləri isə insanın daxilində dərin iz buraxır. Daha çox daxili mübarizəsi, dəyişimi olan obrazları sevirəm. Çünki belə rollar aktyoru, səhnədə daha aktiv tutur. Daim obrazını düşünürsən və bu səni hər zaman canlı saxlayır.
- Gənc bir aktrisanın səhnədə oynamaq istədiyi obrazlar daha çox olur. Siz də necə?
- Bəli, mən də müxtəlif xarakterli obrzalarda özümü sınamağı sevirəm.Əsasən də çətin, psixoloji dərinliyi olan obrazları oynamaq istəyirəm. Hazırda xüsusi arzuladığım bir obraz yoxdur. Çünki arzularımın bir çoxunu reallışdırmağa nail olmuşam. Lakin sənət sevgisini ürəyimdə daşıyıramsa bu o deməkdir ki, yeni və daha möhtəşəm rollar arzulamğa davam edirəm.
- Bu gün yeni yaradıcılıq axtarışları, teatra baxış sizi qane edirmi?
- Müsbət dəyişikliklər də təbii ki, Amma klassik teatr ənənələrindənçox da uzaqlaşmasaq teatr daha teatr olaraq qalar. Bu əlbəttə ki, mənim yanaşmamdır. Hesab edirəm ki, müasir texnalogiyaları teatr sənhəsinə daşımasalar daha xoş olar. Unutmayaq ki, teatr şərtiliyi sevir.
- Yaradıcılıq və potensialın üzə çıxarılması üçün atılan addımlar qənaət-
bəxşdirmi?
- Aktyorun inkişafı hər daim lazımdır. Bunun üçün müxtəlif imkanlar yaradılmalıdır. Yaxşı olardı ki, ustad dərsləri daha çox sıx-sıx təşkil olsun.
- Tərəfmüqabilsiz teatr varmı?
- Teatr zəncirvari sənətdir. İstər yaradıcı, istər texniki baxımdan tərəf müqabil aktyorun oyununu tamamlayan mühüm elementdir. Heç şübhəsiz ki, tək iştirakçılı tamaşalarda aktyor enerjisi iki qat xərclənir və aktyor tamaşaçını özündə saxlamalıdır. Bu isə yüksək bacarıq və güc tələb edir.
- Repertuar aktyor üçün seçilməlidir, yoxsa teatrın tamaşaçı duyumu nəzərə alınmalıdır?
- Burada artıq hər iki tərəfi nəzərə almaq Repertuar aktyor heyətinə görə və teatrıın hansı coğrafıyada nümaiş olunmasına hesablanmalıdır. Bu balansı saxlamaq uğurlu teatrın öncəliyi olmaldır.
- Uğur olsun!
Söhbətləşdi: Anar Ərtoğrul Burcəliyev,
teatrşünas-tənqidçi

