“İstənilən vəhşi iti ram edə bilirik”- Mingəçevirli heyvansevər ailə.
Heyvanlar insanların sadiq dostlarıdır. Onlarla dostluq etməyin, evdə heyvan saxlamağın həm faydalı, həm də bəzi məqamları var. Mingəçevirdə “Şəfa” bağlar massivində balaca bir həyət var. Bura hər növ itlərin saxlandığı, sayının artırıldığı və xüsusi təlim gördüyü yer – Mingəçevirli kinoloq Pənah Xəlilovun kiçik həyət evidir. O burada 35-dən çox müxtəlif cinsli it saxlayır. Uşaqlıqdan özünün bu sahəyə həvəsi olub.Ukraynada olarkən də bu işlə məşğul olub. Azərbaycana qayıtdıqdan sonra da bu sahədəki fəaliyyətini davam etdirib. 20 ildir bu işlə məşğul olan 34 yaşlı müsahibimiz evlidir. Xanımı və iki övladı da onunla bərabər evdə 35-itə qulluq edirlər.
Alman ofçarkaları,kolinya,xidməti itlər və s.itlərə təlim keçirlər. Təlimçi kinoloq saytımızın əməkdaşı ilə həmsöhbət olub.
Kanal32.az həmin müsahibəni təqdim edir:
Sizin əsas işiniz itləri təlim etməkdir?
– Biz bütün cins itlərin təlimi ilə məşğul oluruq.Onları yetişdirib satıram, müalicəsinidə özüm edirəm.Amma ayda bir dəfə baytar həkim nəzarətində olurlar. Məsələn elə heyvan olur ki,maşın vurur ,güllə yarası alır mən belə hadisə ilə rastlaşanda o itləri gətirib evdə müalicə edirəm ,gərək həmin it 7 gün tərpənməyə ona da mənim elə geniş şəraitim yoxdur.Həyətim 3 sotdan ibarətdir.Genişləndirməyə imkanım yoxdur.Bala itlər anadan olanda onları evdə saxlayırıq.Ailəliklə onlara qulluq edirik.Sanki bu itlər bizim ailənin bir üzvüdülər.Onlara öz dilimizdə əmrlərə tabe olmağı öyrədirəm”.
Kinologiya elminin incəliklərini bilmək isə vacib imiş deyən müsahibimiz bu sahəyə sevgi ilə yanaşmağın zəruriliyini xüsusi qeyd etdi: “Kinoloq olmaq üçün əvvəla gərək iti sevəsən, onunla dost olasan. Hər itin öz fərdi xarakteri var. Heç biri bir-birinin hərəkətlərini təkrar etmir. Onların ayrılıqda psixikasına bələd olmaq lazımdır.Yeri gəlmişkən onu demək istəyirəm ki,ölkəmizin bir çox bölgələrində sahibsiz itlər üçün sığınacaqlar var.İstərdim ki,Mingəçevirdə də belə bir yer olsun ki,biz bu işlərlə məşğul ola bilək. 5 təlim görmüş afçarkam var,onlar sərgidə iştirak edib və gözəlliyinə görə birinci yerə çıxıblar. Onu da deyim ki,itlərdə güclü enerji, dinamiklik var. Sahibindən ona zaman ayırmasını, gəzdirməsini, onunla oynamasını tələb edir. Əks təqdirdə, səs-küyü ilə evdəkiləri rahat buraxmır”.
Hazırda ingilis ponetlərim var,alman afçarkası böyük itlərdir amma yerim olmadığına görə onları saxlamağa çətinlik çəkirəm.Hazırda alman afçarkasına təlabat çoxdur.İtin sahibi təlimdə iştirak edə bilər? Sualına həmsöhbətimiz bildirdi ki,bir aydan sonra it sahibi mütləq təlimdə iştirak etməlidir:” İt söz başa düşmür. Mən onunla hansı tonda, intonasiyada danışdımsa, sahibi də o cür deməlidir. Təlimdə sözlərin vurğu ilə deyilməsi və jest mütləq lazımdır. Uca səslə əmr verə bilməyəndə, əl hərəkətləri ilə itə komanda vermək olur”.
Esmira Hidayətova,
Mingəçevir