Erməni terrorçu Azərbaycan hərbçilərinin olduğu posta qumbara atıb-FOTO+VİDEO

Erməni terrorçu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edib.
Kanal32.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisədən sonra Xankəndi-Laçın avtomobil yolu bağlanıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb. Erməni terrorçu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Ermənistan mediasının yazdığına görə, yolun açılması üçün Rusiya sülhməramlıları ilə birlikdə danışıqlar aparılıb. Hazırda yolun açıldığı bildirilir.

/azvision.az/