“Səssiz ölüm” – Ermənistan tərəfindən qəsdən milyonlarla minanın Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə yerləşdirilməsi, bunun ağır fəsadlara səbəb olması, mülki vətəndaşların həyatına son qoyulması, insanları ömürlük şikəst etməsi və ciddi psixoloji travmalara yol açmasıdır.
Kanal32.az xəbər verir ki, bu sözləri bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-dəki hesabında yazıb.
“Ermənistan bu məsuliyyəti dövlət səviyyəsində daşıyır. Cənubi Qafqaz regionunda Ermənistan ən böyük mina istehsalçısı olaraq qalmaqda davam edir”, – o bildirib.