Vəkil Cavad Cavadov özünün “Facebook” səhifəsində məhbus dövlət xadimi Eldar Həsənovun açıqlamasını yayıb.
Kanal32.az xəbər verir ki, həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan Eldar Həsənovun Baş Prokurorluğun onun haqqında yaydığı məlumatla bağlı açıqlamasında deyilir:
Həqiqətən mən XİN-nin qapalı iclaslarında, o cümlədən 02 fevral 2020-ci ildə Brüssel şəhərində Avropada Azərbaycanı təmsil edən səfirlərin iştirakı ilə keçirilən qapalı iclasında, həmçinin yazdığım məktublarda dövlətimizin apardığı siyasətə xələl gətirən, zərər verən laqeyd münasibəti tənqid etmişəm. Amma məsuliyyətli məmur kimi onları heç vaxt, heç bir yerdə ictimailəşdirməmişəm. Çıxışlarımın stenoqramları və məktublarımın hər biri müvafiq dövlət qurumlarında saxlanılır.