Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun üzərində cərahiyyə əməliyyatı keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, DTX-nın Hərbi Hospitalına aparılan sabiq səfir bağırsaq keçməməzliyindən əziyyət çəkirmiş.
Səhhəti olduqca pis olan Eldar Həsənov üzərində cərahiyyə əməliyyatı aparılıb.
Hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, Eldar Həsənov “XİN İşi” çərçivəsində həbs edilib.Onunla yanaşı həbs edilmiş bir sıra diplomatlar azadlığa buraxılıb.
Cinayət işinin istintaqı yekunlaşan Eldar Həsənov həbsini qanunsuz hesab etdiyindən bu günə qədər istintaqa ifadə verməyib.Ölkənin bir sıra nüfuzlu şəxsləri sabiq səfirin azad edilməsi üçün ölkə başçısına müraciətlər edib.