Elçin Məhərrəm: ” Teatr – günü-gündən mənim ən incə damarlarıma qədər nüfuz etməyi özünə məqsəd bilən mistik bir “parazitdir”.
Yaradıcı insanın seçdiyi sənətə qəlbən bağlanması, geniş təxəyyülə və həssas duyuma malik olması gələcək uğurlarının rəhnidir. Haqqında söhbət açacağımız gənc AYB- nin üzvü, Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəmdir.
Elçin bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı üzrə Gənclər şurasının sədri seçilib.Bu gənc belə demək mümkünsə fitri istedad sahibidir. Mingəçevir Dövlət Universitetinin məzunu olan yazarın teatr səhnələrində müxtəlif pyesləri, ssenariləri oynanılır.
Onu da qeyd edək ki, Elçin İqtisadiyatın idarəetmə fakultəsini bitirsə də, teatr,yaradıçılıq onu bu sahəyə addımlamağa sövq etdi. Bu gənc oğlan əslində istedadlı yazıçı və şair kimi ədəbiyyata gəlsə də öz bacarığını teatrda daha qabarıq göstərə bilib.
Həmsöhbətimiz öncə onu bu məqama layiq gördükləri üçün başda filial sədri ustad İsmayıl İmanzadəyə digər həmkarlarına təşəkkür edib.
-Ona görə söz sənətinin keşiyində durmaq məsuliyyət və diqqət tələb edən bir vəzifədir:” Çalışacam, göstərilən etimadı doğruldum. Ona görə də mənə yararı olmayan şeyləri kənarlaşdıraraq mütamadi oxuyur və yazıram. Məşhur yazıçı Stiven Kinq özünün “Yazı Sənəti” kitabında oxumaq üçün “şüşəli yeşikdən” ( yəni televizordan, telefondan) uzaq durmağı məsləhət görür. Mənim də uzaq durduğum “şüşəli yeşik” qəlibinə aid olan şeylər var. Bəlkə də qəribə səslənər teatr – günü-gündən mənim ən incə damarlarıma qədər nüfuz etməyi özünə məqsəd bilən mistik bir “parazitdir”. Bu parazit daim səni narahat edir. O məcbur edir ki sən yağışın “tut ucundan göyə çıx” növü yağarkən hələ də hara gedəcəyini bilməyən sağa-sola vurnuxan qocanı, çənəsinin yarısı qopub sallanan pişiyi, heç vaxt öz sinif yoldaşlarıyla yol getməyən (getməyə utanan) axsaq qızı müşahidə edəsən. Onları səhnəyə daşıyasan. Mən də artıq bu “parazitin” idarəsinə keçdiyimi hiss edirəm. Elə dram əsərlərini də məhz onun sifarişi ilə yazıram. Mənim Mingəçevir Dövlət Dram Teatrında da 2 pyes , 1 ssenarim səhləşdirilib. Bunda Mingəçevir Dövlət Dram Teatrının direktoru Respublikanın Əməkdar artisti İntiqam Soltanın və baş rejissor Vüsal Mehrəliyevin rolu danılmazdır.Mən onların hər ikisinə də öz təşəkkürümü bildirirəm ki,onlar tetrda şərit yaradırlar ki,biz gənclər önə gedək”.
-Sizə ən çox uğur gətirən hansı əsəriniz oldu?
-Mən ən çox uğur gətirən və özümə də zövq verən “Yaddaş.Təqvim.Kukla” adlı yazdığım ekzissential tragediya olub .Bu əsəri onun ruhunu duyaraq “Teatrın İsası” (teatrı yaşatmaq üçün hər gün özünü çarmıxa çəkir) adlandırdığım peşəkar baş rejissor Vüsal Mehrəliyev səhnələşdirib. Baxmaq istəyənlər buyurub gələ bilərlər.
-İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə keçirilən CHARACTERS Müasir Dramaturgiya Festivalında 50- ə yaxın pyesin içindən sizin yazdığınız “Teatrın pişiyi Kotello” adlı komediya onluğa düşüb və 9-cu yerdə qərarlaşıb. Necə oldu məhz əsəri yazdınız və niyə xüsusi olaraq bu əsəri də göndərdiniz?
-“Bu əsər alleqorik bir komediyadır. İdeya hardan gəldi deyim sizə. Mingeçevir Dövlət Dram Teatrına bir pişik dadanmışdı. Nə vaxt baxırdıq ki, pişik səhnədədi, zaldadı.Bir gün bəzi əməkdaşlar o pişiyinin bığlarını kəsib azdırdılar. Bu hadisə “Teatrın pişiyi Kotello”- nu yazmağıma bir ilham mənbəyi oldu.
-Sürgündəki pişik birdən aktyor kimi geri dönərsə və teatrdakılar hamsı ona möhtac olarsa, sizcə necə olar?
-Qismətə, yazıya , talehə bir bax,
Uca, alicənab Adəm övladı ,
Yalvarır, ağlayır qarnı da acdır.
Dünən qovduğuna , bu gün möhtacdır.
Yarılsın qübbənin mavi mərkəzi,
Bastetin lənəti tutsun hər kəsi.
Şığısın canlara ən asi ruhlar,
Məhv olsun kütlələr, qaragüruhlar.
Bu pyesdə yalnız Kotello və Doqdemonanın sözlərini nəzmlə yazmışam. Digər obrazlarınkı isə nəsrdir. Sözügedən festivala məhz bu əsəri göndərməyimi də istedadlı rejissor Abdulla Elşadlı məsləhət görmüşdü. Hətta,aramızda belə bir maraqlı, gülməli söhbət də oldu. Dedi sən bu pyesi göndərməsən səni məhkəməyə verəcəm.
Sonda onu da qeyd edək ki,gənc yazar yeni əsərlər üzərində işləyir. Bizdə gənc yazara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Esmira Hidayətova,
Mingəçevir