Dünyanın ən böyük PUA tədarükçüsü bu ölkədir-Nəhənglər isə…

Türkiyə Çin və ABŞ-ni geridə qoyaraq dünyanın ən böyük PUA tədarükçüsü olub.

Kanal32.az xəbər verir ki, bu barədə Amerika Təhlükəsizlik Mərkəzinin (CNAS) hərbi PUA-ların qlobal bazarı ilə bağlı hesabatında bildirilib.

Sözügedən hesabata görə, Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük PUA idxalçısına çevrilib. Türkiyə Afrikadan Balkanlara, Asiyadan Yaxın Şərqə qədər bir çox ölkəyə silahlı və silahsız pilotsuz uçuş aparatları sataraq bu sahədə liderliyi ələ alıb.

Molly Campbell tərəfindən hazırlanan hesabata görə, Çin, Türkiyə və İranın ucuz hərbi pilotsuz təyyarələr hazırlamasından sonra İsrail və Amerikanın pilotsuz təyyarələr bazarındakı üstünlüyü sona çatıb. Qeyd olunur ki, Çin, Türkiyə və ABŞ 2018-ci ildən bəri 40 müxtəlif ölkəyə ümumilikdə 69 silahlı hərbi PUA satıb. Türkiyə bu satışların 65 faizini reallaşdırdığı halda, Çin 26 faizini, ABŞ isə cəmi 8 faizini həyata keçirə bilib.

Məlumata görə, Türkiyə PUA-larının Liviya, Dağlıq Qarabağ və Ukraynadakı döyüş meydanlarında uğurlu çıxışı və bu performansının mediada müsbət əksini tapması bu PUA-ların satış üzrə zirvədə yer almasına səbəb olub.