Fransanın nüfuzlu “Le Point” jurnalı “2025 – Yeni Dünya Nizamı” adlı xüsusi buraxılışını yayımlayıb.
Kanal32.az Modern.az-a istinadla xəbər verir ki, jurnalın üz qabığında cari ildə “dünya siyasətində həlledici rol” oynayacaq dörd liderin fotosu yer alıb.
Jurnal Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp, Çin lider Si Cinpinin qlobal siyasətin gələcəyində həlledici olacağını vurğulayıb.
2025-ci ildə beynəlxalq güc balansının dəyişdiyinə diqqət çəkən jurnalın üz qabığında döyüş təyyarəsi, peyk, tank, ABŞ və dünya xəritəsi də yer alıb.
Məqalədə deyilir ki, Türkiyənin beynəlxalq münasibətlərə təsir imkanları xeyli artıb və Ərdoğanın iştirakı olmadan bir çox qlobal böhranların həlli perspektivlərini nəzərdən keçirmək mümkün deyil.
Nəşr qeyd ki, Ərdoğanın müxtəlif qlobal güc mərkəzləri arasında manevr etmək, diplomatik əlaqələri gücləndirmək və eyni zamanda Türkiyənin milli maraqlarını irəli aparmaq bacarığı onu müasir dünya siyasətinin əsas simalarından birinə çevirir.
/modern.az/