Təhlükəsizlik paradiqmalarının dəyişdiyi, beynəlxalq hüququn mövqe və nüfuzunu itirdiyi və yeni təhlükəsizlik arxitekturalarına ehtiyac duyulduğu dinamik və həssas bir dövrdən keçirik. Dünyada yeni tarazlıqlar və yeni ittifaqlar formalaşır. Dünyamız sürətlə status-kvodan çoxqütblü, çox aktyorlu bir quruluşa doğru inkişaf edir. Gələcəklə bağlı pessimist ssenarilər yazılırkən, ölkəmiz hər sahədə, xüsusən də regional sülhdə, geosiyasi, iqtisadi sahədə, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlikdəki həlledici rola malikdir. Soyuq müharibədən sonra ölkələrin milli təhlükəsizlik anlayışı terrorizm, miqrasiya və kütləvi qırğın silahlarının yayılması kimi klassik müharibə təhlükəsindən kənara çıxan təhdidlər işığında yenidən müəyyənləşdirilməli oldu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu dinamik şəkildə və uğurla inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti, diplomatiyası , çevik siyasəti, artan iqtisadi gücü, enerji təhlükəsizliyi təşəbbüsləri sayəsində dövlətimizin adı dünyada getdikcə ön plana çıxır. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan yeni dövrün qlobal və regional münasibətlərində həlledici təsirə malik əsas aktorlarından birinə çevrilmişdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında Sərhəd Qoşunlarının rolu əvəzsizdir. Sərhəd müqəddəs anlayışdır və aid olduğu ərazinin bütövlüyünü, toxunulmazlığını ehtiva edir. Vətən və dövlət sərhəddən başlanır. “Ordun varsa, yurdun var” – dəfələrlə tarixin sınaqlarından çıxmış Azərbaycan atalar sözüdür. Yurdumuzu qoruyan ordumuz qəhrəmanlıq salnaməmizin müəllifidir. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı islahatları uğurla davam etdirən Prezident İlham Əliyev Ali Baş Komandan kimi sərkərdəlik missiyasını da şərəf və ləyaqətlə davam etdirir. Qalib ordumuz Azərbaycan xalqının qürurudur. Ordumuz xalqımızın qürurunu, milli mənliyini qəhrəmanlığı sayəsində geri qaytardı. Tarix yazan qəhrəmanlarımız qürur mənbəyimizdir. Azərbaycanın müqəddəs sərhədləri etibarlı əllərdədir.Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Silahlı Qüvvələri sülh, əmin-amanlıq və sabitlik ordusudur; müqəddəs bir qurum hesab etdiyimiz bu qəhrəman ordu millətimizin göz bəbəyi və müstəqilliyimizin simvoludur. Azərbaycan Silahlı Qüvvələri intizamı, cəsarəti və vətənpərvərliyi ilə dünyada heyranlığa səbəb olur. Azərbaycan Silahlı Qüvvələri millətimizin var olmaq iradəsinin təcəssümüdür. Azərbaycan həm hərbi, həm də diplomatik sahələrdə “balans və humanitar məsuliyyət” prinsiplərinə əsaslanır. Vətəni, bayrağı və dövləti uğrunda şəhid olan qəhrəmanlarımız millətimizin şərəf simvollarıdır. Azərbaycan ordusu millətin qəlbini inam və qürurla dolduran şanlı addır!Azərbaycan Respubliksının sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili, formalaşması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır 18 Avqust – Sərhəd Qoşunları Günüdür! Ümummilli lider Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli Sərəncamına əsasən, 18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir. Buna səbəb isə 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən sərhədlərin mühafizəsi haqqında qanunun qəbul edilməsi idi. Həmin zaman Azərbaycanın Sərhəd Qoşunları fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti 99 post yaradaraq, Azərbaycan sərhədlərinin mühafizəsini təşkil etmişdir. Azərbaycanın müqəddəs sərhədləri etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyev müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik etmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmətlər göstərmiş eyni zamanda milli sərhəd siyasətinin əsasını qoyub, sərhəd strategiyasını müəyyənləşdirmişdir. Azərbaycan Dövlət Sərhəd Xidməti, ölkənin milli təhlükəsizliyini və suverenliyini qorumaqda, regional sabitliyin təmin olunmasında və iqtisadi inkişafın dəstəklənməsində əsas rol oynayır. Sərhəd Xidmətinin fəaliyyətləri, dövlətin sərhəd mühafizəsini təmin edərək, beynəlxalq təhlükəsizliklə bağlı əhəmiyyətli töhfələr verir. Azərbaycan Silahlı Qüvvələri millətimizin, dövlətimizin, müstəqilliyimizin istiqlalı uğrunda fədakarcasına çırpınan millət ruhunun görkəmli bir mükafatı, milli iradənin möhtəşəm bir əsəridir. Azərbaycanın geosiyasi mövqeyi və mürəkkəb regional təhlükəsizlik mühiti, sərhəd təhlükəsizliyinin dövlət suverenliyi və milli təhlükəsizlik üçün həyati əhəmiyyət daşımasını zəruri edir. Azərbaycan Dövlət Sərhəd Xidməti, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qorumaqla yanaşı, həm də bölgədə sabitliyin təmin olunmasına önəmli töhfə verir. Sərhəd Xidmətinin fəaliyyət sahələri, ölkənin sərhəd bölgələrində asayişin qorunması, qaçaqmalçılıqla mübarizə və terrorçuluğun qarşısının alınması kimi vəzifələri əhatə edir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, öz çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan Sərhəd Mühafizəsi özünün güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan qurum kimi qarşılayır. Azərbaycan Dövlət Sərhəd Xidmətinin ən böyük amalı, ən vacib missiyası Vətəni qorumaqdır, dövlət sərhədlərinin quruda, havada və suda mühafizəsini və müdafiəsini qürurla təmin etməkdir. Azərbaycan Sərhəd Mühafizəsinin çətin və mürəkkəb olduğu qədər də şərəfli inkişaf yolu xəyalların gerçəkləşməsi, mümkün olmayanın reallaşması yoludur. Çünki vaxtilə uzaq və əlçatmaz gələcək kimi qəbul edilən müasir sərhəd mühafizə infrastrukturunun, dövlət sərhədinin mühafizəsində ən yeni döyüş texnikası və silah-sursatın, müşahidə, aşkaretmə, radiolokasiya sistemlərinin tətbiqi günümüzün reallığıdır. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənc kursantlar yetişir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası ali və əlavə təhsil proqramlarını, ali təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirən, elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsidir. Azərbaycan Dövlət Sərhəd Xidməti hər zaman güclü və qüdrətli olacaq. Bü gün Azərbaycan Dövlət Sərhəd Xidməti təcrübə, əməliyyat və qabiliyyət baxımından dünyanın ən güclü ordularından biridir. Günün 24 saatı kəsintisiz ilin 365 günü əməliyyat apara biləcək durumdadır. Azərbaycan Dövlət Sərhəd Xidməti köklü tariximizin hər mərhələsində olduğu kimi , bu gün də bağrından çıxdığı əsil bir millətin sevgisinə güvənən və dəstəyinə layiq olmaq üçün var gücüylə çalışmaqdadır. Dövlətimizin ən köklü qurumlarından , ən təcrübəli quruluşlarından biri olan, millətimizin hüzuru və təhlükəsizliyi üçün gecə- gündüz fədakarca vəzifə icra edən , dövlət nizamının qorunmasında donanımı, təhsili və disipliniylə təsirli rol oynayan Dövlət Sərhəd Xidməti (DSX) bizi qürurlandırmakdadır. Azərbaycanın Sərhəd Mühafizəsi ilə hər birimiz qürur duyuruq. Tarix boyu ayaq basdığı hər qarış torpağında yüksək xarakterini və üstün quruluşunu sübut etmişdir. Cəsarətimizi tarixdən, gücümüzü millətimizdən, ilhamımızı əcdadımızdan aldıqdan sonra qarşımızda hiç kimsə, heç bir qüvvət duramayacaqdır. Hamısından mühümü Azərbaycan Silahlı Qüvvələrinində aşılmaz iman vardır, qorxusuz ürək vardır, yüksək bir fəzilət vardır.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasındadır.Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qazanılan uğuru müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri hesab etdi: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir”. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qeyd etdi ki, bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Vətən sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunmuşdur. Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsil rəşadət göstərirlər.
44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri Azərbaycanın üzləşdiyi 30 illik işğala son qoydu. 200 illik məkrli və qanlı tarixə malik erməni separatizmini də “dəmir yumruq” birdəfəlik məhv etdi və 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyin və konstitusiya quruluşunun tam təsbit edilməsi ilə başa çatdı. Azərbaycan xalqının yenidən dirçəlişinə, birliyinə zəmin yaratdı, onun xalq olaraq yenilməz olduğunu bir daha sübut etdi. 2020-ci ildə Vətən müharibəsi günlərində torpaqlarımızın erməni işğalından azad olunmasında sərhədçilər böyük cəsarət və fədakarlıqla döyüşüblər. Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb. Döyüş əməliyyatları zamanı şəxsi igidlik nümunəsi göstərmiş 12 sərhədçi (4 nəfəri ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub. Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsil rəşadət göstərirlər. Azərbaycan Silahlı Qüvvələri bizim göz bəbəyimiz, dövlətimizin daxili və xarici düşmənlərə qarşı varlığının və ayaqda qalmasının ən böyük təminatıdır. Bu şərəfli qurum tarixi şanlı qələbələrlə dolu olan, milli varlığımızı qorumaq üçün minlərlə şəhid vermiş bir ordunun varisidir. Ordumuz Azərbaycanın birliyinin, vətənpərvərliyinin polad ifadəsidir. Xalqımızın təhlükəsiz mühitdə birlik və bərabərlik içində yaşamasını, əmin-amanlıq içində həyatını davam etdirməsini təmin edən güc Azərbaycan Silahlı Qüvvələridir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazandı. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Azərbaycan Silahlı Qüvvələri dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazdı. Azərbaycan ordusu yenilməz, möhtəşəm, peşəkar və güclüdür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini Zəfərlə nəticələndirən Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi prosesi davam etdirilir, onun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Vətən müharibəsi zamanı Qələbənin əldə olunmasında mühüm rolu olan Sərhəd Qoşunlarının fəaliyyəti onu deməyə əsas verir ki, bu qoşun növü keçirilən təlim və kurslar, eyni zamanda, qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etmək qabiliyyətinə malikdir. Ölsəm şəhidəm, qalsam qaziyəm deyən bir xalqın, “Şəhidlik əsgərin son rütbəsidir” söyləyən vətən oğullarının qarşısına çıxacaq heç bir güc yoxdur. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Ulu Öndər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Ümumilli Liderimizin müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikamızın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasət səmərəli şəkildə həyata keçiriləcəkdir. Bunun üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri də bu idi ki, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Prezident İlham Əliyevin müdrik dövlət başçısı kimi yüksək diplomatik istedadı və milli maraqlara əsaslanan xarici siyasəti sayəsində Azərbaycanın müasir tarixinin yeni və şərəfli dövrü yazılır.
Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev: “Qələbənin müəllifi şanlı ordumuzdur, igid əsgərimizdir, qəhrəman xalqımızdır”. “Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq”.
Vətən sərhəddən başlayır və bu gün Azərbaycan öz sərhədlərini etibarlı surətdə qorumağa qadirdir. 18 Avqust – Sərhəd Qoşunları Günü münasibətilə Sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edir, şərəfli missiyalarında yeni-yeni uğurlar arzulayırıq. Vətənin müstəqilliyi, ərazi bütövlüyü və vətənimizin azadlığı uğrunda şəhid olanları unutmur, şəhid olanlara Allahdan rəhmət diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Yaşasın Azərbaycan! Yaşasın Müstəqil Azərbaycan tarixinə şanlı günlər yazan lider, Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri Cənab İlham Əliyev! Yaşasın şanlı Azərbaycan Ordusu! Yaşasın Sərhəd Qoşunları! Yaşasın Azərbaycan Xalqı! Eşq olsun Azərbaycan Ordusuna və Əsgərinə!
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı