İki qurumun birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib-FOTOLAR

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax şöbənin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşumuzun banisi” adlı tədbir keçirilib.
Kanal32.az-a verilən məlumata görə tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzin direktoru Aygün Qasımova açaraq, Ulu Öndərin 1-ci və 2-ci hakimiyyət dövründəki əvəzsiz siyasi fəaliyyəti ilə bağlı mühüm məqamlara toxunub. Heydər Əliyevi dünyanın ən böyük dövlət adamlardan bir kimi dəyərləndirib.O qeyd edib ki,bu gun bütün sahələrdə qazandığımız uğurlara görə məhz görkəmli siyasi xadim Heydər Əliyevə borcluyuq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax şöbənin müdiri Natiq Əfəndiyev 90-cı illərdə Azərbaycanda baş verən hərci-mərcilik, özbaşınalıqlar haqqında məlumat verib. Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarının Heydər Əliyevin əsasını qoyduğu düzgün və uzaqgörən siyasi strategiyasının nəticəsi olduğunu diqqətə çatdırıb.
Hərbi Polis bölməsinin qərargah rəisi Təbriz Qurbanov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən və Hərb sisteminə verdiyi dəyərdən danışıb.
El televiziya şirkətinin aparcı-redaktoru,Beynəlxalq Jurnalsitlər Federasiyasının üzvü İnqilab Şirinli ölkəmizdə daxili sabitliyin bərqərar olunmasında, separatizimin və parçalanmaının qarşısının alınmasında , eyni zamanada Azərbaycanın dünya  çapında tanıdılmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
Sonda “Qurtuluş Günü” adlı film tədbir iştirakçılarına təqdim olunub.

kanal32.az