Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Macarıstanın İnnovasiyalar Nazirliyi, eləcə də İnsan Resursları Nazirliyində görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 2022-ci ilin fevral ayında Bakı şəhərində baş tutan 8-ci iclasında imzalanmış protokola uyğun olaraq görüşlərdə DOST Agentliyi ilə Macarıstanın müvafiq qurumları arasında təcrübə mübadiləsi müzakirə edilib, həmçinin DOST Agentliyi və onun fəaliyyəti haqqında hərtərəfli təqdimat qarşı tərəfin diqqətinə çatdırılıb.
Macarıstan İnsan Resursları Nazirliyinin Sosial məsələlər üzrə Dövlət Katibinin müavini Atilla Şimon həmsöhbətinə Macarıstan tərəfinin sosial sahədə təcrübəsi haqqında ətraflı məlumat verib, ardından isə Macarıstanda sosial sahədə fəaliyyət göstərən müəssisələrə səfər təşkil olunub.
Tərəflər ikitərəfli maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıb və əlaqələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.