Azərbaycanın Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov mənzil-qərargahı Doha şəhərində yerləşən Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri professor Sultan Barakat ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə beyin mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.
Səfir R. İsmayılov, həmçinin 44 günlük müharibədə qazanılmış Qələbə, Azərbaycanın Zəfərindən sonra regionda yaranmış siyasi vəziyyət haqqında həmsöhbətinə ətraflı məlumat verib.
Qlobal və regional miqyasda geniş geosiyasi tədqiqatlar aparan bu mərkəzlə daha sıx əlaqələrin qurulması barədə razılıq əldə olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə