Mingəçevir şəhər sakini Şahbazova Sevda Həyatxan qızı öz doğma bacısı, Mingəçevir Polis şöbəsində pasport qeydiyyat bölməsinində çalışmış, hazırda təqaüddə olan polis mayoru Şahbazova Zoya Həyatxan qızı haqqında Azərbaycan Respublikasının Prezidentinə və bir sıra qurumların rəhbərlərinə müraciət ünavnalayıb. Sözügdeən müraciətin bir nüsxəsini də “Kanal32”-nin elektron poçtuna göndərib və üzləşdiyi qanunsuzluğun ictimailəşdirilməsini xahiş edib.
Kanal32.az həmin şikayət məktubunu olduğu kimi təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova
Mingəçevir şəhər Polis Şöbəsinin rəisi cənab Ədalət Əliyevə
“Space” müstəqil teleradio şirkətinin “Gəl Danış” verlişinə
“Kanal32” Media Şəbəkəsinin redaksiyasına
Azərbaycan Respublikasının vətəndaşı,
orta ixtisas təhsilli, YAP-ın üzvü, hal-
hazırda Mingəçevir şəhəri İ.Qayıbov
küçəsi ev 1 mənzil 32-də yaşayan Şahbazova
Sevda Həyatxan qızı tərəfindən
(Əlaqə nömrəsi: 050-300-27-00)
ŞİKAYƏT ƏRİZƏSİ
Çox hörmətli cənab Prezident!
Sizin vaxtınızı alıb narahat etdiyim üçün öncədən çox üzr istəyirəm. Haqsızlıqlarla üzləşdiyim üçün məcburiyyət qarşısında qalıb təkrar olaraq Sizə müraciət edirəm. Bildirirrəm ki, birinci ərizəmi 29.09.2023-cü ildə yazmışam və xəbərnaməli məktubla göndərmişəm. İndiyədək isə məktubumun çatıb-çatmaması barədə mənə cavab gəlməyib.
Mən 1995-ci ildə iş yoldaşım mərhumə Əliyeva Zahidə və hal-hazırda sağ olan Ədalət Xancanovun iştirakı ilə bacım Şahbazova Zoya Həyatxan qızına 2500 ABŞ dolları verərək Mingəçevir şəhərində 20 Yanvar ev 41 mənzil 19-u aldım və həmin mənzili tam əsaslı təmir etdirdim. Mən mənzili alıb adıma sənədləşdirdikdən 5-6 ay sonra bacım Zoya Şahbazova( o vaxtı o Mingəçevir şəhər Polis şöbəsinin Pasport masa rəisi işləyirdi) məndən xahiş etdi ki, gəl sənin evini rəfiqəm İmanova Elmiranın oğlu İmanov Eldar Rafiq oğlunun adına keçirək Onu həmin evə qeydiyyata salan və hərbi xidmətdən yayındırmaq üçün ona Mingəçevir şəhərindən hərbi bilet alım. İmanov Eldar Bakı şəhər qeydiyyatında idi və orada yaşayırdı. Zoya dedi ki, Bakı şəhərindən ona hərbi bilet ala bilmiyəcəm. Burda hər şey öz əlimdədir. Mən də bacım Zoyaya inanıb razılaşdım və heç bir yerdə qol çəkməmişəm. Bundan sonra Zoya Şahbazova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Eldar İmanova saxta sənədlərlə hərbiyə yararsız kimi hərbi bilet aldı və onu hərbi xidmətdən yayındırdı. Mən sonralar dəfələrlə dedim ki, mənim evimi öz adıma keçirt. Hər dəfə də Zoya müxtəlif bəhanələr gətirərək deyirdi ki, mənə inanmırsan, Elar İmanov Almaniyadadır, Bakıya gələndə keçirdəcəm, onsuz da hamı bilirki, o evi (20 Yanvar 41 mənzil 19) sən almısan və sənindir. Onuda əlavə edib bildirirəm ki, Eldar İmanov idiyə kimi bilmir ki, o ev Mingəçevir şəhərində hansı tərəfdə və hansı binada yerləşir. Çünki Eldar İmanov o evdə heç bir saat və bir gündə olsa yaşamayıb.
Mən öz vəsaitimi hesabıma aldığım mənzildə 2001-ci ildən 2023-cü ilin aprel ayına kimi mənim və Zoyanın doğma qardaşımız Şahbazov Əli Həyatxan oöğlu öz ailəsi ilə birlikdə mənim mənzilimdə yaşayıblar. Bunu bütün qohumlar və qonşular, tanışlar təsdiq edə bilər.
2023-cü ilin əvvəlində, hal-hazırda vəkil işləyən (keçmiş polis işçisi, Zoya ilə bir yerdə işləyib) Adil Abışov qardaşım Əligilə gələrək bildirmişdir ki, bu mənzili boşaltmalısınız. Ev artıq başqasınındır. Mən bu evin sahibinin vəkiliyəm. Yəni Zoyanın. Qardaşım Əli Şahbazov 22 ildir ki, o evdə yaşayırdı və ürək xəstəsidir. Qardaşım vəkil Adil Abışova deyib ki, bu mənzil bacım Şahbazova Sevda Həyatxan qızınındır. 2001-ci ildə o məni bu mənzilə yerləşdirib. Adil Abışov deyib ki, ev Zoyanındır. Qardaşım da bir aydan sonra, ürək xəstəsi olduğu üçün mənə zəng vurub dedi ki, mən söz-söhbətdən uzaq olanam və evdən köçdü başqa yerə. Qardaşım Əli mənzilin açarınıda mənim özümə verdi. Mən də 2023-cü il aprel ayında öz evimə yığışdım. Mən öz evimə köçəndən sonra bacım Zoyanın vəkili Adil Abışov zəng edib mənə dedi ki, Zoya mənə deyir ki, o vaxtı 2500 ABŞ dolları verib mənə, mən o 2500 ABŞ dolları Sevdaya verim o evdən əl çəksin. Məndə bildirdim ki, onda həmin evin indiki satış və alış qiymətində 5-10 min manat aşağı aşağı versin mən o evdən əl çəkim. Ev qalsın Zoyaya.
2023-cü ilin iyul ayının axırlarında işdən çıxıb evimə gələndə gördüm ki, mənim evimin qoz materiallarından olan taxta qapını dəmir qapı ilə əvəz edib və qıfılımıda dəyişiblər. Mən gecə saat 10-da şəhərdə qıfıl açan Rüstəm adlı ustayazəng edib çağıtdırıb ona 30 (otuz) manat da pul verib qapımın qıfılını açdırıb, yeni qıfıl qoydurdum. Mən banka ödəyəcəyim 700 manat pulumu və 50 qramlıq bismaq (qızı) boyunbağımıda evimdə, yataq döşəyinin altında gizlətmişdim. Evə daxil olanda çarpayımda yataq dəstinin olmadığını görüb axtardım. Mənim yataq dəstimi yığışdırıb eyvana qoymuşdular. Mən pulumu ( 700 manat) və qızıl boyunbağımı axtardım və tapmayandan sonra DİN-nin 102 qaynar xəttinə zəng edib məlumat verdim. Həmin gün bir müddətdən sonra Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları gəldilər. Evə baxış keçirib, məni şifahi sorğu-sual etdilər, məndən kimnən şübhələndiyimi soruşanda mən bildirdim ki, bu işin başında bacım Zoya Şahbazova dayanır. Mən gələn polislərdən xahiş etdim ki, mənim yoxa çıxan 700 manat pulumu və 50 qramlıq boyunbağımın tapılıb mənə qaytarılmasına kömək etsinlər. Onlar da söz verib getdilər, ancaq bu günə kimi məni bir dəfə də olsun Polis şöbəsinə çağırmadılar. Sonradan mən örgəndim ki, mə\nim evimin taxta qapısını sındıraraq dəmir qapı qurlaşdırılmasında Mingəçevir şəhər Polis şöbəsinin sahə müvəkkili polis əməkdaşı Orxan Həziyev şəxsən iştirak edib. O həmin Orxan Həziyevdir ki, bacım Zoya Şahbazova Mingəçevir şəhər Polis şöbəsində işləyəndə Orxan Həziyevin anası Rahibə Əfəndiyeva ilə birlikdə işləmişlər (hal-hazırda təqaüddədir) və yaxın rəfiqə olmuşlar. Hal-hazırda onların isti münasibəti davam edir.
Mən oğurluq və qapımı sındırmaqla əlaqədar 2023-cü ilin iyul ayının sonunda Mingəçevir şəhər Polis şöbəsinin müstəntiqi Rəşad Əhmədovun qəbuluna getdim. Mən ora gedəndə onun yanında Vüqar Məmmədov adlı şəxs var idi. Rəşad Əhmədov mənə bildirdi ki,sizin evi Mingəçevir şəhərində “Ramiz” klinikasında həkim ginikoloq işləyən Şəfiyeva Sevda, Vüqar Məmmədova satıb. Sonra məlum olur ki, guya Eldar İmanov Sevda Şəfiyevaya etibarnamə vermiş, (təbii ki, Zoya Şahbazova izi itirmək məqsədilə) və Sevda Şəfiyeva da guya Vüqar Məmmədova satıb. Bildirirəm ki, müstəntiq Rəşad Əhmədov dedi ki, indi mən Sizə inandım ki, burda bacın Zoya Şahbazova saxtakarlıqla evi ələ keçirib rəfiqələrinin əli ilə. Əlavə olaraq bildirirəm ki, bacım Zoya həkim ginekoloqla yaxın rəfiqədilər. Mən onda müstəntiq Rəşad Əhmədova bildirdim ki, qapımı sındırıb və dəmir qapı ilə dəyişən və mənim pulumu və qızılımı oğurlayanlar adın oludu və özü də dedi ki, sənin bacın Zoya Şahbazova bu işin başında durur. Çünki bu Bacım Zoya Şahbazovaının birinci işi deyil.
2000-ci ildə qardaşım mərhum Azad Şahbazovun adına Mingəçevir şəhərində indiki H.Əliyev 36 mənzil 56-da evi var idi. Bacım Zoya Şahbazova qardaşım Azad Şahbazovu 2004-cü ildə ailəsindən boşatdırdı, sonra da qardaşımın evini başqa bir adamın adına keçirtdi və qardaşımı aldadıb dedi ki, qaynatan evi sənin əlindən alacaq, ona görə də saxta alqı-satqı elətdirdi ki, gələcəkdə ev ona qalsın, yəni Zoyaya. Sonra da həmin qardaşım Azadın evini (H.Əliyev 36 mənzil 40) öz adına keçirdib, 50000 manata satmışdır. Elə də maşınını satıb pulunu Zoya cibinə qoydu. Qardaşım 2008-ci ildə rəhmətə getdi. Ölənə kimi dedi ki, mən Zoyanı bağışlamıyacam və evim deyə-deyə rəhmətə getdi.
Əlavə olaraq bildirirəm ki, bacım Zoya Şahbazovanın saxta işləri bununla bitmir. 1993-cü ildə Mingəçevir şəhər Polis Şöbəsinin rəisi işləmiş Qocayev Nizami Mehralı oğlu ilə bacım Zoya Şahbazova gizli görüşürlərmiş. Bu gizli görüşlərin nəticəsində Zoya Şahbazovanın Qocayev Nizamidən qeyri-rəsmi oğlu olmuşdur. Uşaq 1997-ci ilin may ayının 17-də anadan olmuşdur. Uşağın doğum haqqında şəhadətnaməsi Qocayev Emil Nizami oğlu adı ilə alınmışdır. 1999-cu ilin mart ayında Nizami Qocayev şərlənərək həbs olunur. Zoya Şahbazova o vaxtı Mingəçevir şəhər Polis şöbəsinin Pasport-masa rəisi vəzifəsində işləyirdi, vəzifəni itirməməkdən ötrü oğluna saxta sənəd alır. Qocayev Nizaminin adından çıxardıb, rəhmətə getmiş ( rəfiqəsinin İmanova Elmiranın həyat yoldaşı) İmanov Rafiqin adına uşağına doğum şəhadətnaməsi alır. “Uşaq indi İmanov Emil Rafiq oğludur.” Zoya Şahbazovaya görə Nizami Qocayevin ailəsi dağıldı.
Zoya Şahbazova saxta işləri ilə bərabər bacı və qardaşa qənim kəsilib. Mərhum bacım Lalə Şahbazovanı da uzun müddət ailəsinə Qocayev Nizamidən ötrü qalmaqal salırdı, qısqanclıq zəminində bacım Lalə və qardaşım Azad da onunla küsülü öldülər. Qeyri rəsmi doğulan övladından ötrü bacı və qardaşın əmlaklarını saxta yolla ələ keçirir. Pulu var, hər yerdə onun sözü keçir. Əlavə olaraq onu da bildirirəm ki, Şahbazova Zoya Həyatxan qızı Mingəçevir şəhəribdə olan rəfiqələrinə və tanışlarına deyir ki, evlərimi, obyektlərimi və maşınımı satmaq da olsa pul gücünə oğlum İmanov Emil Rafiq oğlunu DİN-də polis orqanlarına işə düzəltdirəcəm. Guya Zoya Şahbazovanın oğlu Rusiyanın Moskva şəhərində qiyabi ocxuyub diplom alıb. Diplomu saxtadır. Əgər sərhəd keçid xidmətindən “Apostel” xidməti yoxlanılsa fakt öz təsdiqini tapar. .
Mənim bacım Zoya Şahbazova bütün bunları Qocayev Nizami Mehbala oğlu DİN-də işləyəndə, İsmayıllı rayon Polis şöbəsinin rəisi işlədiyi dövürlərdə də hegemonluq edib, təbii ki, Qocayev Nizamiyə görə Qocayevin pullarını tökürdü məhkəmələrə. Bu gün Qocayev Nizami xəstədir və elə imkanı yoxdu. Zoya Şahbazovanı maliyələşdirməyə imkanı yoxdur, indi də bacı-qardaşın evlərinə hücum edib. Bu barədə Qocayev Nizamiyə məlumat vermişdim. Hər dəfə də ona zəng edib təpinirdi. Ancaq Zoya Şahbazova çirkin əməllərindən əl çəkmirdi və gözü doymurdu.
Anam 2017-ci ildə rəhmətə gedib. 2013-cü ildə rəhmətlik anam Şahbazova Bəyazı da örgətdirmişdir ki, məni ata evindən məhkəmə yolu ilə çıxartsın. Məni anamın əli ilə məhkəməyə verdirdi, axırda anam başa düşdü ki, onun oyununa düşüb və mənə zəng edib barışdı, mən də anamı bağışladım və dedim ki, ana sənin günahın yoxdur, Zoya evi ələ keçirmək istəyir. (İ.Qayıbov 1 mənzil 32) Bacım Zoya Şahbazovanın bu planı baş tutmadı. Anamın bütün qızıl və brliyantlarını da ələ keçirtdi, məqsədi ancaq puldur.
Cənab Prezident!
Ərizəmdə yazdıqlarımın haqq-ədalət naminə ətraflı araşdırıb hüquqi qiymət verilməsi üçün aidiyyatı orqan və təşkilatlara müvafiq tapşırıq verməyinizi Sizdən xahiş edirəm və günahkarlar cəzalandırılsın.
Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm!
Sizə hörmət və ehtiramla,
Şahbazova Sevda Həyatxan qızı Tarix: 14 noyabr 2023-cü il
Qeyd edək ki, şikayət məktubunda yer alan fikirlərə görə redkaisya heç bir məsuliyyət daşımır və qarşı tərəfin və ya tərəflərin mövqeyini işıqlandırmağa hazırırq.
FOTO: Şahbazova Zoya
Kanal32.az