Diləkdən çin olan arzular-Gürcüstandan Mingəçevirə-VİDEO+FOTO

Diləkdən doğan arzular necə çin oldu…

Mingəçevirdə müvəqqəti məskunlaşan Kəlbəcər rayon Zəylik kəndinin Məmmədovlar ailəsi xoş günlərini yaşayır.Belə ki,ailənin gənc anası Gülxar xanım uzun zaman ana ola bilməməsi onların əhvalını pozurdu.Təsadüfi bir tanışlıq bu ailənin sevincinə sevinc qatdı. Gürcüstanda təsadüfən tanış olduqları Gürcüstan vətəndaşı Şirvan kişinin ailəyə dilədiyi xoş diləkdən sanki Tanrı tərəfindən eşidildi. Nəhayət, 7 ildən sonra bu ailədə bir yox, iki körpə dünyaya göz açdı

Diləkdən doğan dilək.Belə demək mümkünsə ailə onlara dilənən xoş arzulardan dolayı elə ilk nəvələrinin adına da Dilək adı verdilər.Doqquz ildən sonra isə ailə yenə övlad,nəvə sevinci yaşadı. Şirin şəkər Elgün bala dünyaya göz açdı. Məmmədovlar ailəsi bu gün Elgünün kiçik toy məclisinə toplaşıblar. Bu məclisdə Məmmədovlar ailəsinin ən sevimli qonağı,.onlara öz duaları ilə Allahdan şırın nəvə payı diləyən Gürcüstanlı Şirvan kişi oldu. Şirvan kişini Elgünə kirvə seçən Məmmədovlar ailəsi bu qohumluqdan məmnun olduqlarını deyirlər.

Baba Məmməd bizimlə söhbətində uzaq yol qət edib gələn qonağa da minnətdarlıq bildirib. Şirvan kişi də bu ailənin sevincli günlərində yanlarında oldu. Qonaq öz təssüratlarını bizimlə bölüşüb. Toy mərasimindən öncə Məmmədovlar ailəsinin digər üzvüləri də öz sevinclərini bizimlə bölüşüblər. 7 ildən sonra bir qız və 9 ildən sonra bir oğlan anası olan Gülxar xanım hisslərini belə bölüşüb: “Çox gözəl hissdir ana olmaq. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu,iki gözəl balamız var”. Ətraflı videomaterialda:

Esmira Hidayətova,

Mingəçevir