Deputat İlham Məmmədovdan Erkin Qədirliyə cavab:” Müvəqqəti məşhurluq gətirən sosial media qəhrəmanı obrazı yaratmaqdan çəkinin!”
Kanal32.az xəbər verir ki,Millət vəkili İlham Məmmədov həmkarının açıqlmasına cavab olaraq deyib:”30 ildən artıq müstəqillik tarixi olan Azərbaycanda demokratik ənənələrin inkişafı, demokratik cəmiyyətin qurulması Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə inkişaf etdi, təşəkkül tapdı. Cəsarətlə və qətiyyətlə qeyd edə bilərəm ki, Ulu öndərin siyasi irsinə sadiqlik nümayiş etdirən cənab Prezidentin rəhbərliyi altında da ölkəmizdə demokratikləşmə yolu daha da inkişaf etdirildi. Bu gün Azərbaycan dünya birliyi tərəfindən, Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən nüfuzlu dövlətlər sırasındadır. Və həmkarım Erkin Qədirli Parlamentin iclaslarında, Beynəlxalq tribunalarda iştirak edərkən mən əminəm ki, bu nüfuzu hiss edir və bunu qəbul edir”.
Lakin çox təəssüf ki, Erkin Qədirli daşıdığı Parlament mandatına zidd olaraq qeyri -ciddi şəxs tərəfindən və qeyri ciddi şəkildə ona ünvanlanan suala daşıdığı mandata yaraşmayan və Azərbaycanın demokratik dəyərlərinə zidd olan şəkildə cavab vermişdir. O zaman belə sual yaranır. Erkin Qədirli əgər siz demokratik seçki yolu ilə Parlamentə gəlməmisinizsə,o zaman nə üçün Parlament kürsüsünü zəbt etmisiniz? Nə üçün dövlətin Parlament üzvləri üçün olan imtiyazlarından istifadə edirsiniz?
Mən düşünürəm ki, hər kəs öz məsuliyyətini dərk etməli , özü haqqında sosial mediada müvəqqəti məşhurluq gətirən qəhrəman obrazı yaratmaqdan çəkinməldir.