Milli Məclisin deputatı İlham Məmmədov YAP Yevlax rayon təşkilatının inzibati binasında vətəndaşlarla görüş keçirib.
Görüş çərçivəsində müraciətlər dinlənilib, yerində aradan qaldırılması mümkün olan problemlərin həlli istiqamətində tədbirlər görülüb, araşdırılmalı olan digər məsələlərlə bağlı müraciətlər qeyd edilib, aidiyyəti üzrə yönləndirilib.
Deputat bildirib ki, müasir və qüdrətli Azərbaycanın inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə davamlı “Dövlət Proqramları” qəbul olunub və regionlarımızda uğurla icra olunur. Vətəndaşlarımıza göstərilən xüsusi diqqət və qayğı dövlət siyasətimizin prioritet istiqamətlərindəndir.
Vətəndaşlar göstərilən diqqətə görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissini ifadə ediblər.
Kanal32.az