“Azərkitab” Kitab Mərkəzində yeni yaranmış və qeydiyyatdan keçmiş ,,Dəmir Yumruq-Alfa” məhdud məsuliyyətli cəmiyyətin açılış mərasimi olub.
Tədbirdə İsraildən, Amerikadan qonaqlar, ictimayət nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən ,,Dəmir Yumruq-Alfa” məhdud məsuliyyətli cəmiyyətin prezidenti Ülviyyə Vasifqızı əvvəlcə bu cəmiyyətin yaranmasında əməyi,dəstəyi olan hər kəsə dərin minnətdarlığını bildirib. Sonra o deyib: “Bildiyiniz kimi ölkəmiz hərtərəfli inkişaf mərhələsindədir. İstər sosial,istərsə də siyasi arenada uğurlarımız göz qabağındadır. Və bu ugurların, bu cür nailiyyətlərin əldə olunmasına gorə biz Ulu Ondərimiz Heydər Əliyevə borcluyuq. Yəqin ki haminiz 90- cı illərin əvvəllərində olkəmizin düsduyü agır vəziyyəti,böhranı xatırlayırsınız. Bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin olması və eyni zamanda mənfur qonşularımız olan erməni xalqının vətənimizin torpaqlarını işgal etməsi, cəbhədə ağır doyüşlərin getməsi,bu vəziyyətə hazır olmayan Azərbaycanımızı acınacaqlı bir vəziyyətə gətirmişdi. Ulu Ondərin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Cəbhədə ataşkəsə nail olundu,Azərbaycan parçalanmaq təhlukəsindən xilas oldu.
Ulu Öndərin vəfatından sonra onun başladığı işi uğurla davam etdirən şəxs, Öndərimizin öz xalqını əmanət etdiyi insan Prezidentimiz,ali baş komandanımız İlham Əliyev oldu. Onun müdrik siyasəti və vitse-prezident Mehriban Əliyevanin ciddi səyi nəticəsində Azərbaycan haqqında həqiqətlər dünya dovlətlərinə çatdırıldı. Azərbaycana dost dövlətlərin sayı artdi. Və bunun nəticəsidir ki,bu gun 30 ildən bəri düşmən işğalında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində işgaldan azad oldu. Hakimiyyətdə olduğu 18 ildə xalqin dərin rəğbətini qazanan İlham Əliyevin xalqa unvanladığı bir çağırışla xalq öz prezidentinin ətrafında dəmir yumruq kimi birləşib düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı azad etdi. Dəmir yumruq düşmənin başına endi. Xalq– prezident birliyi 30 illik əngəli aşdı.
Bu cəmiyyətimiz bu günlərdə qeydiyyatdan keçib. Məqsədimiz müəyyən iqtisadi- biznes layihələrini həyata kemirməkdir. Hazırda o istiqamətdə düşünürük. Görüləcək işimizin necə olduğunu zaman göstərəcək!
“Tədbirdə çıxış edən İsraildə fəaliyyət göstərən Yeni Azərbaycan Təşkilatının sədri Şakir Əhmədov Prezidentimiz və dövlətimizi dəstəklədiyini qeyd edib və bu cəmiyyətə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Digər tədbir iştirakçıları da ölkə Prezidentinin uğurlu siyasətindən, 44 günlük müharibədəki qələbəmizdən danışaraq, cəmiyyətin fəaliyyətinin uzunmüddətli olmasını arzulayıblar!