Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.
Kanal32.az QHT.az-a istinadla xəbər verir ki, Səs TV-də Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış araşdırmaçı- hüquqşünas Səməd Vəkilovun təqdimatında layihə çərçivəsində “Qərbi Azərbaycan – qədim yurd yerimiz” adlı ikinci veriliş yayımlanıb. Verilişdə əks olunan fikir və mülahizələr müəllifə aiddir.
Verilişin qonağı, tarix üzrə fəlsəfə doktoru və Azərbaycan Dövlət Televiziyasında Tarix Şöbəsinin müdiri Mahir Qəribov olub. Veriliş çərçivəsində Qərbi Azərbaycandan deportasiya və soyqırımın tarixi mərhələləri, Azərbaycanın maddi-mədəniyyət abidələrinin və toponimlərinin saxtalaşdırılması, erməni yalanlarının və ideyalarının iflasa uğraması mövzularında müzakirələr aparılıb.
Verilişin tam versiyasını təqdim edirik:
QHT.az