Bu şəxs İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edildi-FOTO

 İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Kanal32.az-a verilən məlumata görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müvafiq Sərancamına əsasən Eyyub Əfşər oğlu Musayev RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

12 aprel 2023-cü il tarixdə isə Eyyub Musayev İsmayıllı Rayon İicra Hakimiyyətinin kollektivinə təqdim olunub.

Eyyub Əfşər oğlu Musayev 20 yanvar 1981-ci ildə İsmayıllı rayonunda anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin İnzibatçılığı” üzrə bakalavr, 2007-2010-cu illərdə həmin universitetin “Sosial sahələrin İqtisadiyyatı “ üzrə magistr təsili alıb. 2012-2016-cı illərdə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 21 elmi məqalənin müəllifidir.

20 iyun 2006-cı ildən İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparıcı məsləhətçi olaraq işə başlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında sektor müdiri, DSMF İsmayıllı rayon şöbəsində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.

KANAL32.AZ