Bu şəkil arxivimdə jurnalistlərdən yadigar, qiymətli bir hədiyyə olaraq qalacaq-Namiq MƏMMƏDLİ

Bu şəkil uzun illər bundan qabaq çəkilib. Bu günlərdə mənə göndərdilər. Sağ olsunlar. Yadımdan çıxmışdı belə bir şəkilin olduğu. Şəkildə ortada olan şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyevdir. Digər şəxslər isə “AZƏRTAC”ın, “Xalq”qəzetinin bölgə müxbiləri, eləcə də digər qəzetlərin əməkdar jurnalistləri və müxbirləridir.
“Mətbuat günü”nə görə bir yerə yığışmışdıq.Mən də həmin tədbirə rəsmi dəvət almışdım.Onda “Ekspress”və “Sabaha inamla” qəzetlərində işləyirdim.
Vaxt, zaman gözləmir. Sıralarımız seyrəlir. Mənim artıq 55 yaşım var. Son nəfəsimə kimi Azərbaycan jurnalistikasının inkişafı üçün əlimdən gələni edəcəyəm…
Dünyasını dəyişən jurnalistlərimizə Allah rəhmət eləsin. Qalanlara isə can sağlığı arzulayıram.

Bu şəkil arxivimdə jurnalistlərdən yadigar, qiymətli bir hədiyyə olaraq qalacaq!

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az