Bu rayonun Polis Şöbəsinin rəis müavini işdən azad edildi

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini işdən azad edilib.

Kanal32.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.
Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı təsdiqləyib.