Yevlax rayon Aşağı Qarxun kənd Uşaq Musiqi Məktəbində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaqlar dünyanın bəzəyidir” adlı tədbir keçirilib.
Kanal32.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə məktəbin direktoru Elanə Nəcəfova açıb.O bildirib ki,dövlətimiz hər zaman uşaqların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıb, Şəhid övladlarına və müharibə iştirakçılarının övladlarına həssaslıqla yanaşıb. Bu bayram tədbirində də Vətən müharibəsinin şəhidi Yusifli Özalın övladı,həmçinin qazi övladları dəvət olunub.

Daha sonra çıxış edən Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru Aygün Qasımova Şəhid və qazi ailələrini,o cümlədən uşaqları salamlayıb,onların bayramlarını təbrik edib.Bu istiqamətdəki dövlət siyasətinin əhəmiyyətindən söhbət açıb.
Yevlax şəhər 1 №-li musiqi məktəbinin direktoru Nuranə Kərimova, Yevlax Şəhər Heydər Əliyev sarayının direktoru Seymur Novruzov çıxış edərək öz təbriklərini çatdırıblar.
Bayram mərasimində məktəbin şagirdləri rəngarəng musiqi nömrələri və vətənpərvər ruhlu şeirlər səsləndiriblər.
Həmçinin uşaqların iştirakı ilə əyləncəli oyunlar və viktorina da təşkil edilib. Sualları düzgün cavablandıran və fəallıq göstərən şagirdlər “Təşəkkürnamə” ilə təltif olunublar.
Eyni zamanda Şəhid Özal Yusiflinin övladına və qazi övladlarına qiymətli hədiyyələr verilib.





Azər