“Bu il ölkəmizdə prezident seçkiləri keçirilib. Eyni zamanda bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. İlin sonuna qədər isə bələdiyyə seçkiləri təşkil olunacaq”.
Kanal32.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avronest Parlament Assambleyasının 11-ci sessiyası çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı səsləndirib.
“Açığı bizim gündəliyimiz olduqca zəngindir. Düşünürəm ki, biz diqqətimizi bu məsələlərə cəlb edəcəyik”, – deyə deputat əlavə edib.
Tahir Mirkişili həmçinin Azərbaycan üçün ən vacib məsələlərdən birinin Ermənistanla normallaşma prosesi olduğunu da iclas iştirakçılarının diqqətinə çatdırıb.
Bizim.Media