2024-cü il fevralın 7- də Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabagı təbliğat kompaniyası çərçivəsində fevralın 3-də Səbail rayonu, Ə.Əliyev küç.2 -Güllər parkında “Əkinçi” Təhsil, Ekologiya və Sosial Tərəqqi naminə İB-nin üzvlərinin görüşü keçirilib.
Kanal32.az-a verilən məlumata görə, görüşdə Təbliğat qrupunun üzvü, “əkinçi”lərin dostu, Milli İnkişaf İB-nin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Arzuman Muradlı çıxış edərək Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti barəsində seçicilərə geniş məlumat verdi və onları hamılıqla seçki məntəqələrinə gedib liderimizə səs verməyə çağırıb. Prezidentliyə namizəd İlham Əliyevin ötən dövr ərzində olan fəaliyyətinə və Arzuman Muradlının bu barədə verdiyi ətraflı məlumatlara əsaslanaraq Əkinçi TEST İB-nin qurucusu Emin Hacısoy görüş zamanı çıxış edərək, bu seçkilərdə hamılıqla iştirak etməyin vətəndaşlıq borcumuz olduğunu vurğulayıb.
Görüşdə Əkinçi TEST İB-nin həmtəsisçisi – Sevinc Sultanova, İdarə heyətinin sədri Azər Alısoy, İB-nin üzvləri Nurlan Abdullayev, Güllü Mürsəlova, Xatın Yusifova və başqaları çıxış edərək görülmüş işləri yüksək qiymətləndirdirərək səslərini cənab İlham Əliyeva verəcəyini bildiriblər.
Sonda Əkinçi TEST İB-nin üzvləri Prezidentliyə Namizəd İlham Əliyevə dəstək müraciəti qəbul ediblər.