“Brainiest school” layihəsinin final mərhələsi başa çatdıb-FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrand müsabiqəsinin qalibi olmuş “Brainiest school” layihəsi həyata keçirilib.

Kanal32.az-a verilən məlumata görə,layihə çərçivəsində yeniyetmə və gənclər arasında brain ring formatında intellektual yarışlar keçirilib. 3 gün davam edən yarışın ilk günündə 12 komanda ümumi dünyagörüşü üzrə güclərini sınayıblar. 6 komanda finala vəsiqə qazanıb. Layihənin ikinci günündə 8 komanda intellektual suallar ətrafında beyin yorublar. Nəticədə 2 komanda finala vəsiqə qazanıb. Layihənin üçüncü günü isə 8 komanda arasında final döyüşləri baş tutub. Yarışın sonunda ilk 3 yerin sahibi mükafatlandırılıb.

Layihənin məqsədi regionda yaşayan gənclərdən ibarət intellektual gənclərin yetişdirilməsi, intellektual oyunların regionda təhsil alan məktəblilər üçün əlçatanlığının təmin edilməsi, eləcə də, digər regionlarla mübarizə aparmasına şərait yaradılması, məktəbli gənclərin intellektual oyunlara olan marağının artırılması, məktəblilərin ingilis dili üzrə biliklərinin inkişafına töhfə verilməsi, asudə vaxtın səmərəli və faydalı təşkilindən ibarətdir.