Bizi həmrəy edən, bizi birləşdirən, bizi bütövləşdirən gün…

31 dekabr- bizi birləşdirən,bizi həmrəy edən gündür…İkiyə bölünmüş Vətənin qəlbinin tən ortasından keçən tikanlı məftillərin qoparılaraq dünaya hayqırdığımız gündür…Həmin günə bizim mənəvi və ideoloji ehtiyacımız vardı.Çünki qatil imperiya bizi uzun illər idi ki,mənəvi baxımdan ac qoymuşdu. Biz isə bu aclığa dözdük və o qandalları,o buxovları qırmağı bacardıq.Tarix …dekabr 1989-cu il…İki od arasında olan Azərbaycanın övladları ruhlarımızın, düşüncələrimizin, dilimizin,dinimizin və azadlığımızın önünü kəsən o qara və tikanlı dirəkləri aşırdı. Bununla da biz dünyanın hər yerində yaşayan soydaşlarımızı həmrəyliyə səslədik. Ucalan haqq səsimizə səs verdilər. Uzaqgörən dahi şəxsiyyət Heydər Əliyev isə birliyimizə tam nail olmaq üçün bu tarixi addımı rəsmiləşdirdi. Belə ki, 1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın mühüm əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Ötən dövr ərzində dövlətimiz tərəfindən həmrəylimizi realizə edən,əhatə dairəmizin genişləndirilməsini töhfə verən, diaspor və lobbi şəklində təşkilatlanmağımızı təmin edən çoxsaylı addımlar atıldı və bu istiqamətdə işlər bu gün də davam etməkdədir.
2022-ci ilin oktyabr ayının 21-də Türk Dövlətləri Təşkilatının keçmiş Baş katibi Bağdat Amreyevi qəbul edən Prezident İlham Əliyev dünya azərbaycanlıları barədə səsləndirdiyi fikirlər bu gün də öz tarixi əhəmiyyətini qorumaqla yanaşı, həm də bizim dünyanın bütün nöqtələrindəki azərbaycanlılara münasibətdə gələcək strateji hədəflərimizin kontrlarını əks etdirir.
Sitat:”Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Bəli, bu fikirlər bizi həmrəy edən, bizi birləşdirən, bizi bütövləşdirən günün nə qədər böyük tarixi əhəmiyyətə malik olduğunu əyani şəkildə ortaya qoyur. Bu fikilər həm də böyük strateq İlham Əliyevin imperialist düşüncənin sahibi olan siyasi rejimlərə bir səslənişi idi. Bunu hamı duymalı və dərk etməlidir.
Jalə Həsənova,
YAP Yevlax rayon təşkilatının fəalı
M.Ə.Sabir adına Yevlax şəhər 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi