Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır” müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Aytac Adıgözəlova “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı layihəsinin icrasına başlayıb.
“İki sahil” xəbər verir ki, layihənin koordinatoru Aytac Adıgözəlovanın verdiyi məlumata görə layihənin əsas məqsədi Qədim Yurd yerimiz Qərbi Azərbaycanda olan tarixi abidələri, dağıdılmış mədəni irs nümunələrini, deportasiya hadisələrinin əyani təsvirini yaratmaqla Azərbaycan tarixini, qədim yurd yerlərimizi, mədəni-tarixi və irs abidələrimizi gənclər arasında təbliğ etmək, onların məhv edilməsinin, saxtalaşdırılması prosesinin qarşısının alınmasında iştirak etmək, bu barədə gənc tələbə rəssamların rəsm əsərlərindən ibarət sərgi təşkil etmək, həmin məlumatları xarici dildə tərcümə edərək nəşr materialları ilə (buklet) habelə media və sosial platformalar vasitəsilə dünya ictimaiyyətinə, əcnəbi tələbələrə, diplomatik nümayəndəliklərə çatdırmaqdır.
Bu məqsədlə artıq layihənin icrasına başlanılıb və təşkilati işlər görülür.