BDU-nun Tarix fakültəsi beynəlxalq elmi konfrans keçirdi-FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirlib.

Kanal32.az-ın məlumatına görə,  “Heydər Əliyevin dövlət strategiyası: daxili və xarici siyasət” mövzusunda keçirilən konfrans BDU-nun Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, Azərbaycan tarixi  kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfovanın moderatorluğu ilə baş tutub.

Çıxışlar isə aşağıdakı kimi olub:

“Türkiyede Haydar Aliyev ve politikalarına bakışlara dair bazı düşünceler”-Kamal Çiçek (Yeni Türkiye Stratejik Araşdırma Merkezinin başkanı, professor)

“Alternativi olmayan müdrik siyasət uğurla davam etdirilir”-İradə Hüseynova (BDU-nun Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor)

“Heydər Əliyev Azərbaycan tarixinin aktual problemləri haqqında”-Nuru Məmmədov (BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, tarix elmləri doktoru)

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin strateji inkişaf xətti”

“Ermənistan-Azərbaycan Dağliq Qarabağ münaqişəsinin həlli prosesində Heydər Əliyev irsi və İlham Əliyevin uğurlu fəaliyyəti”Qasım Hacıyev (AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor)

“Türkiyə-Azərbaycan strateji əlaqələrinin qurulmasi və inkişaf etdirilməsində Ümummili Lider Heydər Əliyevin rolu”Sübhan Talıblı (AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent)

“Azərbaycanın İƏT ilə əlaqələrinin qurulmasında Heydər Əliyevin rolu”-Samudə İskəndərova (BDU-nun Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi  kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru)

Qeyd edək ki, iki saat davam edən və 150 nəfərin işitirak etdiyi konfransda ümumilikdə 7 məruzə dinlənilib.

Kanal32.az