Bayram günlərində Mingəçevirdən Bakıya əlavə avtobus reysləri açılacaqmı?

Bayramla əlaqədər Mingəçevirdən paytaxta və regionun əsas istiqamətlərinə əlavə avtobus reyslərinin açılması nəzərdə tutulub.

Kanal32.az-a verilən məlumata görə
hazırda şəhər avtovağzalından müntəzəm qaydada Bakıya 10 iritutumlu sərnişin avtobusu yola düşür.Bayram günləri qeydə alınacaq sıxlığı nəzərə alaraq avtovağzal xidməti paytaxt istiqamətinə əlavə reyslərin açılması üçün zəruri hazırlıqlar görüb.Avtovağzalın baş dispetşeri Beçət Məmmədovun verdiyi məlumata görə yarana biləcəl ehtiyac zərurətinə uyğun olaraq Bakı marşurutu üzrə 8 iritutumlu və 6 kiçik tutumlu avtobusların xəttə buraxılması üçün bütün hazırlıqlar görülüb.Eyni zamanda adətən daha çox hərəkət sıxlığı müşahidə olunan Mingəçevir-Gəncə-Qazax və Mingəşevir-Şəki marşurutu üzrə hər bir istiqamət üzrə 3 əlavə avtobus marşurutunun sərnişinlərin istifadədəsinə verilməsi nəzərdə tutulub.

Ehtiram Muradov