“Oyun və beyin, düşün və anla !” layihəsi uğurla yekunlaşdı və…-FOTOLAR

8 oktyabr 2022-ci il tarixində icrasına başlanan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin “Oyun və beyin, düşün və anla !” layihəsi uğurla yekunlaşdı.

Kanal32.az xəbər verir ki,açılış mərasimində məktəbin direktoru Həmidov Teymur , təhsil layihələri üzrə ekspert Etiram Sadıqzadə müəllimlər və şagirdlər iştirak ediblər. Layihənin məqsədi 3-4-cü sinif şagirdləri arasında oxuyub anlama bacarığını təkmilləşdirmək və inkişaf etdirmək idi. Bu məqsədlə layihədə işlər icra planına uyğun olaraq 3-4-cü sinif şagirdləri arasında oxuyub anlama bacarığının müəyyən edilməsi üçün diaqnostik test keçirilmişdir. Diaqnostik testlər hazırlıq mərhələsində expert ve psixoloq tərəfindən hazırlanıb.

Bu testlər “pre” xarakteri daşıyır və təhsilalanların layihəyə qədərki oxuyub anlama bacarığınının hansı səviyyədə olduğunu müəyyən edəcək. Testlərin əsas mahiyyəti şagirdin oxuyub anlama zamanı yaranmış problemin nədən qaynaqladığını müəyyən etməyə imkan verəcək.Kecirilən diaqnostik nəticəsində layihənin təlimlərində iştirak edəcək 30 nəfər şagird seçilmişdir. Həmin testlər nəticəsində seçilmiş 30 nəfər şagirdlərlə təlimlər 2 qrupla keçirilmisdir. Təlimlər bu mövzuları əhatə edirdi , “Oxu təlimi nədir? oxunun xüsusiyyətləri ” , “Oxu modelləri və səmərəli oxu üsulları” “Düzgün,sürətli,şüurlu oxu necə olmalıdır”,”Oxuya verilən tələblər ” “Oxu xətaları disleksiya nədir? ” ,”Təmsilin oxusu ,şerlərin oxusu”, “Bədii mətnlərin oxusu ,hekayənin oxusu, nağılın oxusu”, “Bədii və informativ mətnlərin oxusu”.

Təlimlər yekunlaşdıqdan sonra “Sürətli oxu və çevik anla” adlı oyun-yarış keçirildi. Yarışda 5 komanda iştirak etdi. Yarış zamanı oxuyub anlamağa dair tapşırıqlar və oxu sürətini müəyyən etmək üçün 130 sözdən ibarət mətn iştirakçılara təqdim olundu. Yarış şagirdlərdə komanda ilə işləmək bacarığı ilə yanaşı oxuyub anlamanın gözlənilən səviyyədə olduğunu müəyyənləşdirmiş oldu.

13 yanvar 2023-cü il tarixində  isəTəhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqənin qalibi “Oyun və beyin düşün və anla ” layihəsinin bağlanış mərasimi mükafatlandırma mərasimi keçirilib. Həmçinin layihə müddətində çap olunan “Anlayaraq oxumaq üsul və texnikaları” adlı kitabça müəllimlərə təqdim olunub.