Baş redaktor qeyri-adi çıxış etdi

22 iyul Milli Mətbuat Günü ilə bağlı mükafatlandırma-Prorektor Mirniyaz Mürsəlovla

Azərbaycan İlahiyat İnstitutunda (Aİİ) 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.

Baş redaktor Namiq Məmmədli Polad Həşimovun məzarı önümə gül qoyarkən

Tədbirdə bir sıra KİV-lərin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Sabaha-inamla.az xəbər portalının baş redaktoru Namiq Məmmədlinin qeyri-adi çıxışı diqqəti cəlb edib.Baş redaktor ilk olaraq Allaha bağlı adam olduğunu diqqətə çatdırıb:

Namiq Məmmədli hüquqşünas-şair Ədalət Əroğlu ilə 

“Mən Allaha bağlı adamam.Bu günlərdə Həcdə ziyarətdə olan tanıdığım seyid Ağamir görüntülü zəng etdi. Telefonu açdım. Həcdə zəvvarlar dualar edirdi. Məndə onlara baxa-baxa Vətənimiz, xalqınız, dəyərli insnalar üçün dualar etdim”.

Baş redaktor arzusu barədə belə danışıb:
“Torpaqlarımızın alınmasını səbirsizliklə gözləyirdim.Şükürlər olsun ki, o da alındı.Mən Bakı Dövlət Universitetini fərqlənmə diplomu və Nizami Gəncəvi təqaüdü ilə bitirmişəm. İxtisasca filoloq, dil-ədəbiyyat müəllimiyəm.Vaxtilə orta məktəbdə müəllim də işləmişəm.Onda gənc idim. Artıq 30 ildir mətduatda çalışıram. Yoldaşım da uzun illərdir orta məktəbdə dərs deyir. Tanınmış müəllimdir. Arzumuz budur ki, gedib Ağdam da, Şuşa da, məktəblərdə şagirdlərimizə dərs deyək.Prezidentimizin də bu günlərdəki bu barədə çıxışı yerinə düşdü.”
Baş redaktor çıxışında bu günlərdə-avqust ayının 5-də olacaq 55 illik yubileyinə də toxunub:

“Mən hər zaman şəhid ailələri və qazilərin yanındayam. Onlar hər zaman mənim qəlbimdədir.Yubileyim olan gün-Sumqayıtda bir şəhidin doğum günü olacaq. Mən bütün gün orda olacağam”.
Sabaha-inamla.az