Bakı Qızlar Universitetində Anım Günü qeyd olunub-FOTOLAR

Bakı Qızlar Universitetində 27 Sentyabr – Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan rektor, prof. S.A. Rəhimova çıxışında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlikdən və bu şərəfli tarixin əhəmiyyətindən bəhs edib.

Rektor şəhid analarının hüzn və qürur mücəssəməsi olduğunu vurğulayaraq şəhidlərimizin xalqımız üçün daim qürur mənbəyi olduğunu vurğulayıb.

Daha sonra Bakı Qızlar Universitetinin “Tarix” kafedrasının müdiri dosent Əzizağa Ələkbərli, dosent Sübhan Talıblı və başqaları çıxış edərək, Azərbaycan xalqının qələbəyə qədərki mübarizəsindən, fədakarlığından söz açıblar. Çıxışlarda Azərbaycan xalqının Vətən müharibəsi zamanı mübarizə əzminin, birliyinin məntiqi nəticəsi olaraq böyük Zəfərə nail olmaları diqqətə çatdırılıb.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx və bədii kompozisiya ilə yekunlaşıb.