Bəzi iaşə obyektlərində qaz balonları yığışdırılıb-Səbəbi isə…-FOTOLAR

Dövlət Yanın Nəzarəti Xidmətinin yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində ölkə ərazisində monitorinqlər keçirir.

Kanal32.az-a verilən məlumata görə bu məqsədələ Bərdə rayonu ərazisində də iaşə obyektlərində sıxlaşdırılmış qaz balonlarından istifadə hallarının azaldılmasına qarşı maarifləndirici monitorinqlərə start verilib. İctimai iaşə obyektlərində sıxlaşdırılmış qaz balonlarında hələ də istifadə hallarına rast gəlinir. Bəzi hallarda balonlardan düzgün istifadə olunmaması isə bədbəxt hadisələrə gətirib çıxarır. Bu məqsədlə iaşə obyektlərində maarifləndirmə tədbirləri aparılır.

Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayonunda maarifləndirici tədbir həyata keçirib, bəzi iaşə onyektlərində istifadə edilən qaz balonları aktlaşdırılıaraq çıxarılıb.

Qarabağ Regional Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən, Əhəd İsmayılov bildirib ki, “Qarabağ Regional Yanğın Nəzarəti İdarəsinin inzibati ərazisi olan Bərdə şəhərində fəaliyyətdə olan ictimai iaşə obyektlərində tərəfimizdən monitorinqlər keçirilir. Bu monitorinqlər maarifləndirici tədbir kimi nəzərdə tutulmuşdur.” Ə. İsmayılov bildirib ki, baxış keçirilən obyektlərdə balonlardan istifadə hallarının pozulması faktları aşkar edilib. “Monitorinqlər zamanı ictimai iaşə obyektlərində yanğın təhlükəsizliyi tələblərini pozan texniki istismar qaydalarına cavab verməyən sıxlaşdırılımış qaz balonlarının istifadə olunması aşkar edilib. obyekt rəhbərlərilə maarifləndirici söhbətlər aparılaraq, həmin qaz balonları obyektlərdən kənarlaşdırılır. Obyekt sahiblərilə yanğın təhlükəsizliyinə dair təlimatlı söhbətlər aparılaraq onların nəzərinə çatdırılıb ki, növbəti yoxlamalar zamanı bu cür hallar aşkarlanarsa qanunvericilikdə nəzərdə tutulmuş qayda da inzibati tədbirlər görüləcək.” deyə bildirib.

Qeyd edək ki, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xidməti ərazisi olan rayonlarda bu istiqamətdə maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.

Daşqın Güneyli