Bələdiyyələr də qrant ala biləcək.
Kanal32.az Azbələdiyyə.az-a istinadla xəbər verir ki,bu məsələ parlamentin noyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.
Qeyd edək ki,bələdiyyələrə qrantların və aşağı fazili,güzəştli kreditlərin verilməsi ilə bağlı ilk təklifi tanınmış teleaparıcı, “Kanal32″nin təsisçisi İnqilab Şirinli təxminən 2 il öncə müəllifi və aparcısı olduğu “Zamanında” verilişində səsləndirmişdi.
Həmin verilişin tam versiyasını təqdim edirik. Sözügedən təklifin səsləndirldiyi hissəyə isə 46-cı dəqiqədən sonra baxa bilərsiniz.
Azbelediyye.az