Azərbaycanın Misirdəki səfirliyi Süveyş kanalının şərqində törədilmiş və 11 hərbçinin ölümü ilə nəticələnmiş terror aktını pisləyib.
AZƏRTAC xəbər verir ki, səfir Tural Rzayevin adından Misir mətbuatında yayımlanmış bəyanatda həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verilib, yaralıların tezliklə şəfa tapması arzulanıb.
Avropa İttifaqı, ərəb və İslam ölkələri də Misirdə törədilmiş terror aktını pisləyən bəyanatlar yayıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə