Azərbaycanda internet “möcüzəsi”

Bəs internetin sürəti nə zaman düzələcək? Problemin həlli üçün nə etmək lazımdır?
Kanal32.az xəbər verir ki,məsələ ilə bağlı Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov Bakupost.az –a açıqlama verib.
Ekspert bildirib ki, şikayətlərin olması normaldır:
“Son zamanlar əhali arasında şikayətlər artıb. Qiymət qaldırılsa da, keyfiyyət yoxdur. Bunların baş verməsi normaldır. Çünki sistem hələ oturuşmayıb. Sistemə yeni keçmişik. İnternet sürətinin artırılması üçün hər bir provayder öz “Data Center”lərinin miqdarını çoxaltmalıdırlar. Keçiricilik səviyyəsini artırmalıdırlar. Əminəm ki, qısa müddətdə problem aradan qalxacaq”.
Xatırladaq ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlərin 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırıldığı qeyd olunub. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Aygün Nəbiyeva
BakuPost