Azərbaycan xalqının Zəfəri sevinci

Azərbaycan dəfələrlə Ermənistana təxribatçılıq əməllərinə son verməyə dair çağırışlar etmişdi. Lakin işğalçı Ermənistanın sülh prosesini pozaraq Azərbaycanı müharibəyə sürükləmək cəhdini davam edirirdi. Belə ki, davam edən pandemiyaya baxmayaraq, Ermənistan BMT-nin atəşkəsə qarşı qlobal çağırışını 2020-ci ilin 27 sentyabrda pozdu. Ermənistsanın bu təxribatları nəticəsində hərbiçilərimiz və mülki əhalimiz şəhid olduar. Baxmayaraq humanitar atəşkəs elan olunmuşdu, amma Ermənistan yenə də öz terror əməllərindən əl çəkmirdi. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək bildirib: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

Ali Baş Komandan İlham Əliyevin işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün verdiyi əmrlə başlanan Vətən müharibəsi 44 gün sonra Şanlı Ordumuzun zəfəri ilə başa çatdı və düşmən təslim sənədini imzaladı. Bununla da xalqımız otuz ildən bəri gözlənilən Qələbə sevincini yaşadı. Döyüş meydanında əldə olunan bu qələbələr nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqla Ordunun birliyini və ümumiyyətlə, dünya azərbaycanlılarının həmrəyliyini hamımız bir daha hiss etdik və gördük.

Dünya azərbaycanlıları düşmən üzərində bu tarixi Zəfəri böyük sevinclə alqışlayır.  Azərbaycan xalqı və ordusu Ali Baş Komandanın ətrafında hər zaman bir yumruq kimi birlişəb. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın diplomatik addımları və qaldırdığı yumruğu Azərbaycan Ordusu üçün əzm rəmzinə çevirilərək cəbəhədə böyük ruh yüksəkliyi verdi.

Bu gün dünya azərbaycanlıları Prezidentin rəşadəti və əmri ilə Milli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinə görə ən xoş anlarını yaşayır və azərbaycanlı olmaları ilə milli qürur hissi keçirirlər. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli kimliyinin gücünü dünyaya göstərdi. Bu günlərdə erməni vandallığı insanlarımızı daha da birləşdirdi, siyasi baxışından asılı olmayaraq hər kəs bir çatı altında toplaşdı, ordumuzun göstərdiyi şücaət bizi daha da ruhlandırdı. Bütün bunlar bir daha göstərdi ki, torpalaqrımızın işğaldan azad olunması üçün dünya azərbaycanlıları ayaqda idi.

Qələbəyə sonsuz iradə, hər bir ölkə sakininin Qələbə naminə özünü qurban verməyə hazır olması işğal olunmuş ərazilərin azad edilməsi üçün yuxarıda deyilənlərə parlaq sübutdur. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz döyüşlər zamanı yeni-yeni texnologiyaları tətbiq etməklə dünyada mövcud olmuş ənənəvi hərbi taktikanı və strategiyanı köklü şəkildə dəyişdirmiş və bu sahədə Azərbaycanı nümunəvi örnək etmişdir.

Şərqşünas Həşim Məmmədov